Təhrir Əş-Şam İŞİD-in bu qruplaşmaya qarşı İŞİD liderinin öldürülməsi ilə bağlı ittihamını rədd edib + FOTO
İŞİD terror qruplaşmasının sözçüsü Təhrir Əş-Şam terror qruplaşmasını audio mesaj yayaraq liderini öldürməkdə ittiham edib. Bu, Türkiyənin üç ay əvvəl İŞİD liderinin ölümünə görə məsuliyyəti öz üzərinə götürməsinə baxmayaraq baş tutub.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İŞİD-in yeni sözçüsü Əbu Huzeyfə Əl-Ənsari avqustun 3-də Suriyanın şimal-qərbində bu terror qruplaşmasının liderinin öldürüldüyünü açıqlayıb.
İŞİD mediası bu terror qruplaşmasının yeni sözçüsünə aid audio faylı dərc edərək iddia edib ki, İŞİD lideri Əbülhüseyn Əl-Qurəşi İdlibətrafı məhəllələrdən birində Təhrir Əş-Şam qruplaşması tərəfindən öldürülüb.
Daha ətraflı: İŞİD lideri öldürüldü, sözçüsü həbs olundu!
Əl-Ənsari bu audio faylında bildirib ki, Təhrir Əş-Şam qruplaşması sədaqətini göstərmək üçün İŞİD liderinin cənazəsini Türkiyəyə təhvil verib; Bu səbəbdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan televiziyaya müsahibəsində Türkiyə kəşfiyyatının uzun müddət İŞİD lideri Əbulhüseyn Əl-Qurəşini izlədiyini və nəhayət, Suriyadakı əməliyyat zamanı onu öldürdüyünü iddia edib.
İŞİD-in yeni sözçüsünün bu sözlərindən sonra Təhrir Əş-Şam qruplaşması bəyanat yaymaqla İŞİD liderinin öldürülməsi əməliyyatında iştirakını inkar edib.
Qeyd edək ki, Təhrir Əş-Şam qruplaşması (keçmiş Ən-Nüsrə Cəbhəsi) vaxtilə İŞİD-in Suriyadakı qolu olub, lakin 2014-cü ildən sonra tərəflər arasında fikir ayrılıqları yaranıb və bu iki terror qruplaşması arasında münaqişə başlayıb.
Rəy