Hizbullah İsrail Ordusunun Baş Qərargah rəisini təqib edib + FOTO və VİDEO
İvrit dilli medialar Sionist rejim Ordusu Baş Qərargah rəisinin işğal olunmuş Fələstin və Livanın sərhəd bölgələrinə səfərindən video yayımlayıblar.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, avqustun 4-də İsrail mediaları bir video yayımlayaraq Livan Hizbullah hərəkatı qüvvələrinin İsrail rejiminin Baş Qərargah rəisi Herzi Halevinin sərhədlərə baş çəkməsini təqib etdiklərini iddia ediblər.
Bu hesabat dərc edilməzdən əvvəl Hizbullaha yaxın medialar Herzi Halevi-nin Livan və işğal olunmuş Fələstinin sərhəd bölgələrində mövcudluğunu əks etdirən video və şəkillər dərc etmişdi.
Qeyd edək ki, İsrail ordusu avqustun 2-də Halevinin şimal bölgəsinin komandiri Uri Qordinlə birlikdə şimal sərhədlərinə səfər etdiyini açıqlamışdı. İsrail ordusunun elanına əsasən, Halevi digər sionist hərbi rəsmilərlə birlikdə bu sərhədlərdəki təhlükəsizlik vəziyyəti və Əl-Cəlil briqadasının şimal bölgəsindəki təhlükələri zərərsizləşdirmək üçün hərəkətlərini dəyərləndirib.
Rəy