Ukraynanın son bir həftədə Moskvaya üçüncü dron hücumu + FOTO və VİDEO

Çərşənbə 2 Avqust 2023 - 13:52
https://az.iswnews.com/?p=25039

Ukrayna silahlı qüvvələri Rusiya ərazisinə üçüncü dron hücumunda üç kamikadze dron ilə ölkənin paytaxtına hücum edib.

Rusiya Müdafiə Nazirliyinin hesabatına görə, Ukrayna dronları avqustun 1-də səhər saatlarında Moskvadakı hədəflərə hücum etməyə cəhd edib. Moskvanın Odintsovo və Narofominsk məntəqələri üzərində iki dron məhv edilib, üçüncü dron isə elektron müharibədən istifadə edilərək vurulub və bu dronun qalıqları Moskvadakı qüllələrdən birinə dəyib. Bu bina iki gün əvvəl ukraynalılar tərəfindən hücuma məruz qalan həmin binadır.

Bu hücum Ukrayna dronlarının son on gündə Moskva şəhərinə üçüncü hücumudur və indiyədək çoxlu itki və tələfatla nəticələnməyib. Ukraynanın bu cür hücumları təkrarlamaqda məqsədi Rusiya ərazisinə qarşı daha çox etibarsızlıq və təhdidlər ötürməkdir və Rusiya paytaxtı bu məqsədə çatmaq üçün ən yaxşı hədəfdir.

Daha çox oxuyun:
Ukrayna dronları Moskvaya hücum edib + VİDEO
Son həftə ərzində Ukraynanın Moskvaya ikinci dron hücumu + FOTO və VİDEO

Ukraynaya məxsus dronun Moskvada binaya çırpıldığı anı
Ukrayna dronunun Moskvaya çatması anı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir