Livandakı Eyn Əl-Həlvə düşərgəsində silahlı qarşıdurma; 6 nəfər ölüb, 30 nəfər yaralanıb + FOTO
Livanın cənubunda yerləşən Eyn Əl-Həlvə düşərgəsində Fəth hərəkatı ilə Əl-Ənsar qrupu arasında baş verən silahlı qarşıdurmada ən azı 6 nəfər ölüb, 30 nəfər yaralanıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Fəth hərəkatının rəsmilərindən biri Əbu Əşrəf Əl-Ərmuşi və onunla olan iki nəfər naməlum şəxslər tərəfindən öldürülməsindən sonra Livandakı Fəth hərəkatı verdiyi açıqlamada Əl-Ərmuşinin silahlı pusquda öldürüldüyünü təsdiqləyib. Bu hərəkat bu fələstinli məmurun qətlində iştirak edən Əl-Ənsar qrupuna bağlı silahlıları təqib etmək və məhv etmək üçün Livandakı düşərgələrdə öz qüvvələrini səfərbər etdiyini elan edib.
Eyn Əl-Həlvə düşərgəsindəki bəzi mənbələr Əl-Ərmuşinin Eyn Əl-Həlvə düşərgəsindəki Fələstin təhlükəsizlik qüvvələrinin komandiri olduğunu açıqlayıb. Gərginliyin artmasından sonra Eyn Əl-Həlvə düşərgəsində şiddətli toqquşmalar başlayıb və bu ərazidə vəziyyətin çox qızışdığı bildirilir.
Bu qarşıdurma zamanı Livan ordusu elan edib: “Bu qarşıdurmalar nəticəsində bir hərbi mərkəzin içərisinə minaatan vurulub, bir əsgər isə minaatan qəlpələri ilə yaralanıb”.
Münaqişələrin şiddətlənməsindən sonra bu gün səhər saatlarında (bazar ertəsi) Livan ordusu Fəth hərəkatının üzvləri ilə Əl-Ənsar qrupu arasında silahlı qarşıdurmaların şiddətlənməsindən sonra Eyn Əl-Həlvə düşərgəsinə girişləri bağlayıb.
Fələstin milli və islami cərəyanların Sayda şəhərindəki müştərək nümayəndə heyəti dünən Eyn Əl-Həlvə düşərgəsində dərhal atəşkəs razılaşmasının əldə olunduğunu elan edərkən Eyn Əl-Həlvə düşərgəsində qarşıdurmalar artıb.
Bu baxımdan, Fələstin Milli İdarəsi Eyn Əl-Həlvə düşərgəsində baş verən gərgin toqquşmalara cavab olaraq, ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün Livanla koordinasiyanı vurğulayıb.
Bu bəyanatda deyilir: “Milli Təhlükəsizlik Qüvvələrinin komandanı və onun Sayda düşərgələrində yoldaşlarını hədəf alan qətl qırmızı xətlərin keçməsi idi. Eyn Əl-Həlvə düşərgəsində baş verən hadisələr onu göstərir ki, terrorçu qruplar Livanın və bu düşərgənin təhlükəsizliyi ilə oynayır”.
Qeyd edək ki, Eyn Əl-Həlvə düşərgəsində 50 mindən çox fələstinli qaçqın yaşayır və son illər onlara Suriyadan qaçan fələstinli qaçqınlar da əlavə olunub. Bu düşərgə dəfələrlə oxşar münaqişələrin şahidi olub.
Rəy