Mehdi Əl-Məşşat: Tezliklə Yəmən adalarında silahlarımızı sınaqdan keçirəcəyik + FOTO
Yəmənin Ali Siyasi Şurasının rəhbəri təhdid dolu mesajla Ənsarullahın tezliklə yeni silahları ilə Səudiyyə koalisiyasının Yəmən adalarındakı mövqelərinə hücum edəcəyini açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Yəmənin Ali Siyasi Şuranın rəhbəri Mehdi Əl-Məşşat dünən (30 iyul) Əl-Məhvit əyalətinə səfəri zamanı Yəmən ordusunun hərbi arsenalının inkişafını vurğulayıb və “İnşallah, tezliklə Yəmənin bəzi adalarında təcrübələr aparacağıq.”- deyə öz mesajını düşmənə göndərib.
Əl-Məşşat daha sonra bildirib: “Düşmənimiz hegemondur və ancaq güc dilini başa düşür. Təcavüzün qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”.
O, Səudiyyə koalisiyasının təbliğata əl atdığına, yəni bu koalisiyanın heç bir əks tədbir görməyəcəyinə və dezinformasiya və yalan təbliğat üsullarına qayıtdığına işarə edib.
Yəmən adaları bu ölkənin strateji nöqtələrindən biridir və əksəriyyəti BƏƏ və Səudiyyə Ərəbistanının işğalı altındadır. Bu adalardan bəziləri, məsələn, Sokotra arxipelaqı, Mayon adası, Haniş və Zaqar və s., Ədən körfəzi və Qırmızı dənizdə dəniz tranzit yollarına, balıq ovu və s.-yə nəzarət etməkdə mühüm rol oynayır.
Daha çox oxuyun:
BƏƏ Əbd Əl-Kuri adasının sakinlərini məcburi təxliyə edib
Ənsarullah Eritreyə ciddi xəbərdarlıq etdi
Rəy