Vaşinqtonun Bağdaddakı səfiri: Heç bir İraq bankına sanksiya tətbiq edilməyib
Vaşinqtonun Bağdaddakı səfiri İraq banklarının heç birinə Amerika sanksiyalarının tətbiq edilmədiyini açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, ABŞ-ın İraqdakı səfiri Alina Romanovski iyulun 29-da öz “Twitter” səhifəsində yazıb: “Dünən ABŞ Maliyyə Nazirliyi ilə İraq Mərkəzi Bankı arasında ABŞ-ın 14 İraq bankını çirkli pulların yuyulması ilə bağlı narahatlıqlarına əsasən məhdudlaşdırması ilə əlaqədar söhbətdə iştirak etdim”.
O əlavə edib ki, İraq Mərkəzi Bankı müvafiq və sürətli tədbirlər görüb və İraq banklarının heç birinə Amerika təhrikləri tətbiq edilməyib.
Romanovski ABŞ-ın İraq Mərkəzi Bankı ilə əməkdaşlıq edərək və PL/TMM konvensiyalarına əməl etməklə İraq iqtisadiyyatının rəqəmsallaşdırılmasını təkmilləşdirəcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın 14 İraq bankının fəaliyyətini məhdudlaşdırması ilə bağlı əvvəlki açıqlaması İraq dinarının ABŞ dolları qarşısında dəyər itirməsinə səbəb olmuşdu. Bununla bağlı İraqın baş naziri Məhəmməd Şia Əl-Sudaninin iqtisadi müşaviri Məzhər Saleh bildirib ki, bu, İraq banklarını dollarla əməliyyatlardan kənarlaşdırmaq üçün müvəqqəti məhdudiyyətdir.
Rəy