Fələstində baş verən son hadisələr, 30 İyul 2023

Bazar 30 İyul 2023 - 15:06
https://az.iswnews.com/?p=24943

Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Saraya Əl-Qüdsə bağlı Kətibə Cenin müqavimət dəstəsinin tanınmış komandirlərindən biri olan Xalid Məlayişə Ceninin cənubundakı Cəbo qəsəbəsində Fələstin Milli İdarəsinin təhlükəsizlik xidməti tərəfindən saxlanılıb.

-İyulun 16-da silahlı gənc fələstinli İordan çayının qərb sahilinin cənubundakı Təquu keçid məntəqəsində bir qrup israilli mühaciri hədəf aldı və bu zaman ən azı üç israilli yaralandı.

Daha çox oxuyun: İordan çayının qərb sahilinin cənubunda anti-İsrail əməliyyatı; Üç sionist yaralanıb + FOTO

-İvrit dilli Walla xəbər agentliyi iyulun 19-da elan etdi: “İsrail Ordusunun döyüş hissələrində hərbi qiyam və itaətsizlik olub. Minlərlə İsrail Ordusunun ehtiyat qüvvəsi Netanyahu hökumətinin məhkəmə islahatı planına qarşı öz etirazlarını bildiriblər. Onlar bir neçə cəbhədə müharibənin başlamasından qorxduqlarını və narahat olduqlarını açıqlayıblar”.
-İyulun 22-də İvrit dilli “Maariv” qəzetinin hərbi analitiki Elon Ben David dedi: “Netanyahunun İsrail ordusuna vurduğu zərbəni bərpa etmək on il çəkəcək!”
-İyulun 23-də Sionist Ordu Radiosu bildirdi: “İsrailin Daxili Təhlükəsizlik Araşdırmalar Mərkəzi Netanyahu hökumətinin məhkəmə islahatı planına görə ordunun dağılması ehtimalı ilə bağlı xəbərdarlıq edərkən, zəif orduya çevrilmək mərhələsində olduqlarını elan edib və məhkəmə islahatı planının dərhal dayandırılmasını istəyib”.
-İyulun 24-də sionist parlamentin nümayəndələri 64 müsbət səslə “ağılabatan deyil” qunununun aradan qaldırılmasının lehinə səs veriblər. Sionist parlamenti bu qanunun aradan qaldırılmasını təsdiq etməklə faktiki olaraq müxalif partiyaların kəskin etiraz etdiyi məhkəmə quruluşunun bir hissəsinin dəyişdirilməsi qanununu təsdiqləyib.

Daha çox oxuyun: İsrail parlamenti “ağılabatan deyil” qunununun aradan qaldırılmasının lehinə səs verib

-İyulun 25-də Nablus şəhərinə hücum edib və bu zaman müqavimət qüvvələri ilə İsrail əsgərləri arasında şiddətli qarşıdurma baş verib. Bu qarşıdurma zamanı İsrail əsgərləri bir avtomobilə atəş açıb, bu zaman Fələstin müqavimət qüvvələrinin üç üzvü şəhid olub.

Daha çox oxuyun: İsrail əsgərlərinin Nablusa hücumu nəticəsində üç fələstinli şəhid olub + VİDEO və FOTO

-İyulun 25-də Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Saraya Əl-Qüdsə bağlı Kətibə Cenin müqavimət dəstəsinin tanınmış komandirlərindən biri olan Xalid Məlayişə Ceninin cənubundakı Cəbo qəsəbəsində Fələstin Milli İdarəsinin təhlükəsizlik xidməti tərəfindən saxlanılıb. Məlayişə uzun müddət sionist rejim tərəfindən axtarışda idi.
-Sionist rejimin 13-cü kanalı İsrailin nüvə enerjisi sahəsində bir sıra ekspert və mütəxəssisləri Netanyahu hökumətinin məhkəmə islahatlarına etiraz olaraq istefaya getməyi planlaşdırdıqlarını açıqlayıb.
-İyulun 27-də Fələstin HƏMAS hərəkatının hərbi qolu olan Kətaib Əl-Qəssama bağlı olan Kətibə Əyyaş Cenin ətrafında yerləşən sionistlərin “Ram On” qəsəbəsinə doğru Cenindən atılan raketin videosunu yayıb.

-İvrit dilli mənbələrə görə, 2023-cü ilin əvvəlindən bəri ən azı 40 min sionist mühacir Məscidül-Əqsaya basqın edib.
-İsrail ordusunun hərbi kəşfiyyat şöbəsinin keçmiş rəhbəri Tamir Hyman deyib: “İsrail ordusu qalib gələ bilməyəcəyi döyüşə (daxili mübahisələrə) girib”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir