Dəməşqin Zeynəbiyyə məntəqəsində terror partlayışı; 6 şəhid və 23 yaralı + FOTO
Suriyanın paytaxtı Dəməşqin Zeynəbiyyə məntəqəsində bomba yüklü avtomobilin partlaması nəticəsində azı nəfər 6 şəhid olub, 23 nəfər isə yaralanıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyulun 27-də Dəməşqin Zeynəbiyyə məntəqəsində bomba yüklü avtomobil partladılıb və bu terror partlayışı zamanı azı 6 nəfər şəhid olub və 23 nəfər isə yaralanıb.
Yerli mənbələrin məlumatına görə, bu partlayış Əbəlfəzl Əl-Abbas qərargahı yaxınlığında baş verib. Hadisədən bir neçə saat sonra Suriya Daxili İşlər Nazirliyi Dəməşqin Zeynəbiyyə məntəqəsində baş verən partlayışda şəhid olanların sayının 6 nəfər olduğunu rəsmən açıqlayıb. Həmçinin, bu terror partlayışı zamanı 23 nəfər yaralanıb və xəstəxana və tibb mərkəzlərinə aparılıb.
Bu partlayışdan sonra Suriya mediası, Zeynəbiyyə məntəqəsindəki son terror partlayışından sonra bu bölgədə təhlükəsizlik tədbirlərinin artırıldığını və təhlükəsizliyi təmin etmək və nəzarət-buraxılış məntəqələri yaratmaq üçün əsasən livanlılardan ibarət hərbi qüvvələrin bir hissəsinin yerləşdirildiyini açıqlayıb. Həmçinin bu məntəqənin giriş-çıxışlarında ola biləcək partlayıcı maddələrin aşkarlanması üçün təyinatlı və nəqliyyat vasitələri əraziyə göndərilib.
Qeyd edək ki, iyulun 25-də Dəməşqin Zeynəbiyyə məntəqəsində motosikletə yerləşdirilmiş bombanın partlaması nəticəsində iki mülki şəxs yaralanmışdır.
Dəməşqdə baş verən ikinci partlayışdan bir gün sonra İŞİD terror qruplaşması bəyanat yayıb və Dəməşqdəki son partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.
Rəy