Bu il Azərbaycanda İmam Hüseyn (ə) məclisləri necə keçirilir? + VİDEO
Azərbaycan hökuməti şiə dindarların fəaliyyətlərini məhdudlaşdırmaq və təcrid etmək siyasətini daha da intensivləşdirib. Bu siyasətlər Məhərrəmlik ayı mövsümündə pik həddə çatır və bu il də Məhərrəm ayının ilk ongünlüyündə əzadarlar təzyiq altındadır.
Təzyiqlərin birinci hissəsi Bakının Binə qəsəbəsində və Seyyidə Şəhla Fərəcovanın evində baş verdi. Polis əməkdaşları ondan evinin divarından İmam Hüseyn (ə) bayrağını endirməsini istəyiblər, lakin o, bu əmrə məhəl qoymayıb, yağış və günəş təsirindən köhnəlmiş əvvəlki ilin bayrağını dəyişdirib, yeni bayraqla əvəzləyib.
Ötən ildən məscidlərdə dini bayraqların quraşdırılmasına qadağa qoyulub və bu sərəncam hələ də qüvvədədir. Hökumət tərəfdarları İmam Hüseyn (ə) bayrağını İranın bayrağı kimi hesab edirlər.
Amma bu il ötən ildən daha çox insanlar hökumətin Dini Etiqadlar və Mənəvi Dəyərlər Komitəsinin bu sərəncamına məhəl qoymur, gecələr qaz xətlərinə, elektrik dirəklərinə bayraqlar vururlar.
Əzadarlar Məhərrəmlik bayraqları ilə küçələrdə ara-sıra yürüş edirlər.
Həmçinin gecələr hökumət və polis idarələrinin divarlarına bu şüarların yazılması davam edir və bələdiyyə işçiləri bu şüarları təmizləməyə məcbur ediliblər.
Yəhudi müğənni və İlham Əliyevin böyük qızı Leyla Əliyevanın keçmiş həyat yoldaşı Emin Ağalarovun konserti Məhərrəmlik gecələri ilə eyni vaxtda Nardaran qəsəbəsinin sahilində (Bakıdan 20 km məsafədə) keçirilib. Bu addım, Nardarandakı Həzrət Rəhimə (ə) xanımın hərəmi yaxınlığında konsertə icazə verən hökumətin dinə zidd hərəkətlərinə daha çox nifrət yaradıb. Bu konsertin təhlükəsizliyini təmin etmək üçün məkanın yaxınlığında xüsusi polis qüvvələri yerləşdirilib.
Məscidlərə və müqəddəs məkanlara qoyulan məhdudiyyətlər cənub zonasında məclislərin evlərdə təşkil olunmasına səbəb olub və insanlar evlərində əza məclisləri ilə məşğul olurlar. Dindarlara ən çox təzyiqlər Lənkəranda baş verib.
Uşaq və yeniyetmələrin məscidlərdə olmasını qadağan edən qanun polis nəzarəti altında həyata keçirilir, lakin uşaq və yeniyetmələr məsciddən çıxandan sonra küçədə yas saxlayırlar. Buna misal olaraq məhərrəm ayının 6-cı gecəsi polis Bakı yaxınlığındakı Xırdalan Cümə məscidinin (əsasən talış əsilli əhali) rəhbərliyindən uşaqları məsciddən çıxarmağı xahiş etsə də, uşaqlar valideynləri ilə birlikdə məscidin qarşısında yas saxlayıblar.
Maşının antennasına İmam Hüseynin (ə) kiçik bayraqları və ya qara parça bağlanan və ya səs sistemindən mərsiyə yayımlanan bir sıra avtomobillərin cərimələnməsi icra olunur.
Azərbaycanda şiə və şafei məzhəbli dindarların media səhifələrində təbliğat çoxalıb, sosial şəbəkələrdə məhərrəmlik məclisləri ilə bağlı istifadə daha da artıb, Muxtarnamə filminin səhnələri və Aşura ilə bağlı videoların görüntüləri daha çox yayımlanır.
Azərbaycan İslam Partiyasının və Müsəlman Birliyi Hərəkatının həbsdə olan liderlərindən Hacı Mövsüm Səmədov və Abgül Süleymanov və bir neçə başqa din xadiminin hökumətin həbsxanalarından azad edilməsi Azərbaycanda növbəti dəfə dini birliyi nisbi də olsa daha da gücləndirib. Görünür, hökumətin hərəkətlərinə qarşı dini və qeyri-zorakılıq fəaliyyətləri başlayıb.
Həmçinin bu il Aşura günü mərasiminin Azərbaycanın Nardaranda daha möhtəşəm keçiriləcəyi və daha çox insanın Ərbəin ziyarətinə görə İraqa gedəcəyi gözlənilir.
Rəy