İraqın şimalında Türkiyə əsgəri həlak olub
Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir əsgərinin öldüyünü açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Türkiyə Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bir əsgərinin həlak olduğunu açıqlayıb.
Belə ki, keçmiş Türkiyə Müdafiə Naziri Hulusi Akarın əmri ilə Şimali İraqda PKK silahlılarına qarşı 2022-ci il aprelin 18-də səhər saatlarında başlayan “Qıfıl Pəncəsi” əməliyyatında Türkiyə ordusunun itkilərinin sayı 79-a artıb.
Bir neçə gün əvvəl Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bir əsgərinin öldürüldüyünü açıqlamışdı.
Daha çox oxuyun: İraqın şimalında türkiyəli əsgər həlak oldu
Rəy