İsrail parlamenti “ağılabatan deyil” qunununun aradan qaldırılmasının lehinə səs verib

Çərşənbə 26 İyul 2023 - 16:44
https://az.iswnews.com/?p=24822

Sionist parlamenti müxalifət partiyalarının geniş etirazına baxmayaraq, “ağılabatan deyil” qunununun aradan qaldırılmasının lehinə səs verib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyulun 24-də sionist parlamentin nümayəndələri 64 müsbət səslə “ağılabatan deyil” qunununun aradan qaldırılmasının lehinə səs veriblər.

Sionist parlamenti bu qanunun aradan qaldırılmasını təsdiq etməklə faktiki olaraq müxalif partiyaların kəskin etiraz etdiyi məhkəmə quruluşunun bir hissəsinin dəyişdirilməsi qanununu təsdiqləyib. Çünki bu qanunun aradan qaldırılması sionist rejimin Ali Məhkəməsinin səlahiyyətlərini azaldır və icra hakimiyyətinin təsirini artırır.

Bu qanun layihəsinin təsdiqi sionist məhkəmə sisteminin səlahiyyətlərinin azaldılması istiqamətində ilk addımdır. Bu qanun layihəsinin təsdiqinə görə, İsrail məhkəmə sisteminin daha ağlabatan olmama bəhanəsi ilə İsrail hökuməti və nazirlərinin qərarlarını ləğv etmək hüququ yoxdur.

Plan təsdiqləndikdən sonra ivrit dilli medialar çoxlu sayda sionistin parlamentin qarşısına toplaşdığını bildirib. Həmçinin, ivrit dilli mənbələr məhkəmə islahatlarına görə bu mübahisəli qanun layihəsinin təsdiqindən sonra birja indeksinin və sionist rejimin pul vahidinin dəyərinin azalması barədə məlumat veriblər.

Bu qanun layihəsinin təsdiqlənməsi müxtəlif İsrail tərəflərinin reaksiyasına səbəb olub. Sionist rejimin keçmiş baş naziri Ehud Olmert məhkəmə sisteminin səlahiyyətlərinin azaldılması planının təsdiqindən sonra bu rejimin vətəndaş müharibəsinə doğru irəlilədiyini vurğulayıb. Britaniyanın 4-cü telekanalı ilə söhbətində o, deyib: “İndi çox ciddi təhlükə var. İndiyə qədər heç vaxt belə bir şey baş verməmişdir. Biz vətəndaş müharibəsinə doğru gedirik”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir