Əfqanıstan Azadlıq Cəbhəsinin yüksək vəzifəli üzvü: Əhməd Məsud eqoistdir!
Əfqanıstan Azadlıq Cəbhəsinin liderlərindən olan Əbdül Səttar Hüseyni Əhməd Məsud və onun komandanlığı altında olan Əfqanıstan Milli Müqavimət Cəbhəsi qrupunun birləşmədiyi və digər anti-Taliban qrupları ilə danışmadığı üçün onları sərt şəkildə tənqid edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, “Azadlıq Cəbhəsi” silahlı qruplaşmasının liderlərindən biri, Əfqanıstanın əvvəlki hökumətində parlamentin üzvü olan Əbdül Səttar Hüseyni mediaya açıqlamasında Əhməd Şah Məsudun oğlu, Əfqanıstan Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud və digər komandirləri tənqid etdi.
Hüseyni bu barədə deyib: “Əhməd Məsud və Pəncşirli digər dostların eqoistliyi ucbatından Azadlıq Cəbhəsinin liderləri onlarla danışa bilməyib və Taliban hökumətinə qarşı ümumi döyüş xəttinin formalaşdırılması qənaətinə gələ bilməyiblər. Əhməd Məsud Əhməd Şah Məsudun oğlundan başqası deyil və biz dəfələrlə mesaj göndərmişik ki, oturub Talibana qarşı müharibənin rəhbərliyini qabiliyyəti olan birinə verək”.
Əvvəlki hökumətdə ordunun baş qərargah rəisi, Azadlıq Cəbhəsinin hazırkı komandiri general Yasin Zianın Talibana qarşı müharibəyə rəhbərlik etməsinə toxunaraq, Əhməd Məsud və dostlarının koalisiyaya hazır olmadığını və müharibənin liderliyini itirəcəkləri üçün birgə dialoqa daxil olmamalarını bildirib.
Fərah vilayətinin keçmiş Əfqanıstan parlamentindəki nümayəndəsi Pəncşirin siyasi və hərbi liderlərinin monopoliyasını vurğulayaraq əlavə edib ki, kiçik Pəncşir bölgəsində respublika rejimi dövründə altı yüz general olub. Bu insanlar keçmişdə başqa insanların haqqına göz yumublar və indi də eyni yoldadırlar.
Əhməd Məsud və Əfqanıstan Milli Müqavimət Cəbhəsinin yüksək rütbəli üzvləri Əbdül Səttar Hüseyninin tənqidlərinə heç bir reaksiya verməyiblər.
Əfqanıstan Azadlıq Cəbhəsi Əfqanıstanda keçmiş hökumətin qərargah rəisi general Yasin Ziaya tabe olan bir qrup anti-Taliban silahlısının adıdır. Bu qrup 2022-ci il fevralın 4-də yaradılıb və Təxar, Qunduz, Bədəxşan və Pərvan vilayətlərində Taliban əleyhinə fəaliyyətlə məşğul olub.
İslam Dünyası Xəbərlərinin sahə qaynağının açıqlamalarına görə, onların Əhməd Məsudla fikir ayrılığı həm birlik olmaması, həm də 2023-cü aprelin 11-də Azadlıq Cəbhəsi qrupunun Salanq şəhərindəki komandir müavini Bəsir Əhməd Əndərabi və hərbi məsulu Əkməl Əmirin yerinin faş olunması ilə bağlıdır. Azadlıq Cəbhəsi iddia edir ki, Əhməd Məsudun tabeliyində olan bəzi şəxslər bu ərazidə Azadlıq Cəbhəsinin komandirlərinə xəyanət ediblər.
Rəy