İsrail əsgərlərinin Nablusa hücumu nəticəsində üç fələstinli şəhid olub + VİDEO və FOTO

Çərşənbə 26 İyul 2023 - 10:35
https://az.iswnews.com/?p=24789

İsrail ordusunun İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinə hücumu nəticəsində 3 fələstinli şəhid olub.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, sionist rejim əsgərləri iyulun 25-də Nablus şəhərinə hücum edib və bu zaman müqavimət qüvvələri ilə İsrail əsgərləri arasında şiddətli qarşıdurma baş verib.

Bu qarşıdurma zamanı İsrail əsgərləri bir avtomobilə atəş açıb, bu zaman Fələstin müqavimət qüvvələrinin üç üzvü şəhid olub.

Hadisə şahidlərinin sözlərinə görə, İsrail təcili yardım maşınları dərhal münaqişə yerinə gəlib və 3 fələstinli gənci naməlum yerə aparıblar və beləliklə onların taleyi məlum deyil.

Bununla əlaqədar İsrail ordusu qısa bir açıqlama verərək bir avtomobilin içərisində bir neçə fələstinlini öldürdüyünü açıqlayıb və bu şəxslərin İsrail qüvvələrinə atəş açdığını və sözügedən avtomobildə M16 silahının aşkar edildiyini iddia edib.

Sionist rejim ilə Fələstin müqavimət qüvvələri arasında qarşıdurma anından
İsrail ordusu bu silahları Nablusda ələ keçirdiyini iddia edib
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir