İraqda amerikalı terrorçuların logistika karvanına hücum olub + VİDEO
Babil vilayətində Amerika işğalçılarının logistika karvanı “Əshab Əl-Kəhf” müqavimət dəstəsinin hücumuna məruz qalıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, 24 iyulda Babil vilayətində Amerika əsgərlərinin lojistik karvanı Əshab Əl-Kəhf müqavimət dəstəsi tərəfindən hücuma məruz qalıb. Bundan əvvəl, 5 apreldə Babil vilayətində amerikalı əsgərlərin maddi-texniki təchizat karvanı müqavimət dəstələri tərəfindən hücuma məruz qalmışdı.
Belə görünür ki, İraqda müqavimət dəstələrinin Amerika hərbi karvanlarına qarşı yeni hücumları başlayıb. Qeyd edək ki, İraqın baş naziri Məhəmməd Şia Əl-Sudaninin tələbi ilə İraq müqavimət dəstələri Amerika mövqelərinə və karvanlarına qarşı hücumlarını dayandırmışdır. Araşdırmalar göstərir ki, son üç ay ərzində İraqda Amerikanın mövqelərinə və karvanlarına qarşı heç bir hücum olmayıb.
“İslam Dünyası Xəbərləri”nin araşdırmalarına görə, bu, 2023-cü ilin 21 martından bu yana İraq müqavimət dəstələrinin Amerika lojistik karvanlarına və mövqelərinə qarşı ikinci hücumudur. Həmçinin 2021-ci ilin 21 martından Babil vilayətində Amerika işğalçı karvanlarına və mövqelərinə qarşı 67 hücum həyata keçirilib.
Daha çox oxuyun:
İnfoqrafik: İraq Müqavimət Dəstələri
İnfoqrafik: 2022-ci ildə İraq Müqavimət Dəstələrinin ABŞ qüvvələrinə qarşı əməliyyatları
Rəy