Yəməndə baş verən son hadisələr, 27 İyul 2023

Çərşənbə 26 İyul 2023 - 07:30
https://az.iswnews.com/?p=24766

Yəmən xalqı Ənsarullahın nəzarəti altında olan müxtəlif bölgələrdə ikinci dəfə böyük yürüş keçirərək, İslam müqəddəslərinin təhqir edilməsini, İsveç və Danimarkada Qurani-Kərimin yandırılması cinayətini təkrar qınayıb.

1- Ədən:
-Britaniyanın Yəməndəki səfirliyi ölkənin iqtisadi komandasının istefa vermiş Yəmən hökumətinin rəhbərləri ilə iqtisadi məsələləri müzakirə etmək üçün 2015-ci ildən bəri ilk dəfə olaraq iyulun ortalarında Ədənə səfər etdiyini açıqlayıb. Səfirlik əlavə edib ki, iqtisadi sabitlik əldə olunana qədər istefa vermiş hökuməti dəstəkləyəcək.

-İyulun 23-də Ədən əhalisinin bir hissəsi Yəmənin Cənub Keçid Şurasının rəhbəri İdrus Əl-Zubeydinin iqamətgahının yaxınlığında nümayiş keçirərək onun əleyhinə şüarlar səsləndirib. Bu nümayiş İyulun 24-də bazar ertəsi də davam edib.
-İyulun 24-də onlarla yük maşını və ağır avtomobil sürücüləri Ədən limanının girişi qarşısında toplaşaraq, Nəqliyyat Nazirliyinin (Cənub Keçid Şurasının nəzarəti altında) daşımaların qiymətini və gediş haqqını, həmçinin, Ədən limanından konteynerlərin çıxması ilə bağlı xərclərin özbaşına artırılmasına etiraz ediblər. Etirazçılar bu problemi həll etmək üçün Rəşad Əl-Əliminin müdaxiləsini tələb ediblər. Ədən limanı Yəmənin cənubundakı müstəqil obyektlərdən biridir və Muin Əbdülməlik hökuməti və Cənub Keçid Şurasının nəzarəti və ya gəlirlərinin bir hissəsi üçün rəqabət aparır.
-Yerli mənbələrə görə, ABŞ-ın Yəməndəki səfiri Stiven Faqinin ABŞ hərbçiləri ilə birlikdə Əl-Məaşiq Prezident Aparatına son səfəri zamanı Ədən Təhlükəsizlik İdarəsinin direktoru Mutəhhər Əl-Şueybi ilə görüş keçirilib, dinləmə və casusluq gərargahı yaradılıb.

Daha çox oxuyun: Amerikalılar Yəmənin Ədən vilayətindəki Prezident Aparatına daxil olublar

2- Əl-Hudəydə:

-Köhnəlmiş “Safir” gəmisinin neftin boşaldılması əməliyyatı başa çatdıqdan və Qırmızı dənizdəki “Nautica” gəmisinə 1 milyon 140 min barel neft ötürüldükdən sonra bu gəminin neft sızması və ya partlaması riski və onun mümkün nəticələri aradan qaldırılıb. İyulun 17-də “Ənsarullah”la əldə etdikləri razılaşmaya əsasən, Birləşmiş Millətlər Təşkilatının nümayəndələri “Nautica” gəmisinin mülkiyyət hüququnu Yəmənin Qurtuluş Hökumətinə keçiriblər.

-Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 176 dəfə pozub.

3- Sədəə:
-Səədə vilayətinin təhlükəsizlik qüvvələri Zilhiccə ayında (20 iyun-18 iyul) Səudiyyə koalisiyasının Səədə vilayətinin sərhəd bölgələrinə təkrar hücumları nəticəsində 9 dinc sakinin şəhid olduğunu, 60 nəfərin isə yaralandığını elan edib. Səudiyyə Ərəbistanının Səədə əyalətinin sərhəd bölgələrinə son bir ayda həyata keçirdiyi hücumlar arasında 66 hava və quru hücumu, o cümlədən 42 yerüstü artilleriya və raket hücumu, iki hava hücumu və Səudiyyə koalisiya qüvvələri tərəfindən 22 atışma olub.
-İyulun 25-də Səudiyyə Ərəbistanı Şadda sərhəd rayonunun ayrı-ayrı ərazilərini artilleriya mərmiləri və pulemyotlarla hədəfə alıb.

4- İyulun 24-də Yəmən xalqı Ənsarullahın nəzarəti altında olan müxtəlif bölgələrdə ikinci dəfə böyük yürüş keçirərək, İslam müqəddəslərinin təhqir edilməsini, İsveç və Danimarkada Qurani-Kərimin yandırılması cinayətini təkrar qınayıb. Yəmən xalqı bu mitinqin yekun bəyanatında İslam dünyasının Quranı təhqir edən ölkələrə qarşı birgə reaksiya verməsini, İsveç və Danimarka səfirlərinin İslam və Ərəb ölkələrindən çıxarılmasını tələb edib. Onlar həmçinin adıçəkilən ölkələrin hökumətlərinin üzr istəməsini vurğulayaraq, müsəlmanlar tərəfindən İsveç və Danimarka mallarının boykot edilməsini tələb ediblər.

5- Səudiyyə Ərəbistanının siyasi fəalı və Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd Əl-Cabirin yaxın qohumu Əli Əl-Ərşi: “Bəzi insanların sadəlövh və səthi çıxışı hamını aldatmağa çalışır. Bu yaxınlarda Amerikaya səfər edən və iki gündən sonra Ədənə qayıdan İdrus Əl-Zubeydi Amerika donanmasını Bab Əl-Məndəbə gətirən şəxsdir. Allah! Ədən və onun yaxşı xalqını bu virusdan xilas etsin”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir