Əfqan-Trans, İrana qarşı son iqtisadi layihə

Əhməd Ələvi
Yazar:Əhməd Ələvi
Bazar ertəsi 24 İyul 2023 - 08:16
https://az.iswnews.com/?p=24711

Əfqan-Trans dəmir yolu marşrutu Pakistanı Əfqanıstan vasitəsilə Özbəkistanla birləşdirən Orta Asiya regionunda ABŞ, Avropa və Rusiya tərəfindən dəstəklənən yeni layihədir. Bu dəmir yolu marşrutu əksər Qərb və Şərq ölkələrində regional bazarda üstünlük təşkil edəcək və İranın Əfqanıstandakı iqtisadi nüfuzuna mənfi təsir göstərəcək. Əfqan-Trans marşrutunun yeganə ziyanı İrana olacaq. Bu layihə Xuvaf – Hərat – Məzar-Şərif marşrutuna əks plan hesab oluna bilər.

Əfqanıstan dənizə çıxışı olmayan, iqtisadiyyatı istehlak yönümlü və xarici güclərdən asılı olan, yeganə kommersiya və iqtisadi nəfəsi dəmir yolu marşrutlarının inkişafında olan ölkədir. Bir-birinin ardınca Əfqanıstan hökumətləri öz dəmir yolu şəbəkələrini qurmaq üçün qonşu ölkələrlə danışıqlar aparıblar. Əvvəlcə Əfqanıstanın qonşuları arasında Əfqanıstanın dəmir yolu şəbəkəsinə sərmayə yatırmaqda yalnız İran maraq göstərmiş, daha sonra 2023-cü ilin fevralın 19-da iki ölkənin müştərək nümayəndə heyəti Xuvaf-Hərat dəmir yolu layihəsinin müxtəlif hissələrinə baş çəkərək, Xuvaf – Hərat və Hərat-Məzar-Şərif layihələrini başa çatdırmaq üçün üç anlaşma memorandumu imzalamışlar. Həmçinin İranın özəl sektorunun Hərat-Məzar-Şərif dəmir yolu layihəsinə əvvəlcə 150 ​​milyard tümən, sonra 42 milyon dollar və nəhayət 2 milyard dollar sərmayə qoyması qərara alınıb.

Amma indi, bir ildən sonra (ola bilsin ki, Türkiyə və ABŞ-ın rolu ilə) Əfqanıstanın şimal və cənub qonşuları (Özbəkistan və Pakistan) İranla rəqabətə girib. İranla Talibanın iqtisadi əlaqələri arasında maneələr yaratmaq, habelə Xuvaf – Hərat və Hərat – Məzar-Şərif mühüm iqtisadi rolunu zərərsizləşdirmək məqsədi ilə Əfqanıstanın Bəlx vilayətindəki Hirtan sərhəd keçid məntəqəsini Pakistanın Paktiya əyalətindəki Xarlaçi sərhəd keçidinə, sonra isə yenə Pakistanın Hayber-Paxtunxva əyalətinə birləşdirən yeni sərhəd marşrutu yaratmağa çalışırlar. Taliban qrupunun tərkibində olan bəzi nüfuzlu şəxslərin Pakistan hökuməti və həmçinin Özbəkistan hökuməti ilə əlaqələrini artırmaqla bu layihə daha ciddi şəkildə həyata keçirilməkdədir.

TAPI layihəsinin (Türkmənistan qazının Əfqanıstan vasitəsilə Pakistan və Hindistana nəqli layihəsi) baş sponsoru və agenti olan Pakistan, həm də Əfqan-Trans layihəsinin əsas amili hesab olunur. Bu layihələrin məqsədi İranın Əfqanıstandakı iqtisadi təsirini zəiflətməkdir. Pakistan Taliban hökumətindəki ünsürlərinə diktə edərək, Əfqan-Trans dəmir yolunu yaratmaq üçün liderlərinin razılığını alıblar və Taliban hökumətinin öz güclü iradəsi olmadığından və sadəcə olaraq İslamabadda böyük layihələrin icraçısına çevrilib. Pakistan daha çox mənfəət qazanmaq üçün Əfqan-Trans layihəsinin əsas marşrutunu Əfqanıstanın Nənqərhar əyalətindəki Torxam sərhəd-keçid məntəqəsindən Pakistanın Paktia əyalətindəki Xarlaçi sərhəd keçid məntəqəsinə dəyişmək və Torxam-Loqar və Loqar-Xarlaçi (Paktiya) arasında yeni marşrut yaratmaq qərarına gəlib.

Pakistan rəsmiləri Taliban hökumətinin rəhbərliyi və Özbəkistanın koordinasiyası ilə 2023-cü il mayın 14-də Daşkənd şəhərində Əfqan-Trans dəmir yolunun koordinasiya bürosunu açdı və bu layihənin əməli işlərinin necə başlanacağına dair gələcək koordinasiya üçün Kabil və İslamabad şəhərlərində daha iki idarənin yaradılması nəzərdə tutulub. Pakistanın iri iqtisadi layihələrinin işçisi kimi çıxış edən Taliban hökuməti Əfqan-Trans dəmir yolu marşrutunun bütün səlahiyyətlərini Pakistan Dəmir Yolları Nazirliyinə həvalə edib və pakistanlı mühəndislər də iyulun 16-da bu marşruta texniki baxış keçirmək üçün Əfqanıstana daxil olublar.

Pakistanın təşəbbüsü, Özbəkistan hökumətinin və Əfqanıstandakı Taliban nümayəndələrinin dəvəti ilə iyulun 18-də İslamabadda Əfqan-Trans dəmir yolu xəttinin tikintisi üzrə anlaşma memorandumu imzalanıb. Bu layihənin prosesi planlaşdırılan qrafik üzrə getsə və onun dəmir yolu 2027-ci ilin sonuna kimi işə başlasa, bu marşrutun qatarları Orta Asiya və Cənubi Asiya ölkələri arasında 5 milyon tondan çox kommersiya yükünü daşıyacaq. Pakistan və Özbəkistan Orta və Cənubi Asiya bazarlarına çıxış əldə edəcək, İslamabad və Daşkənd isə illik milyardlarla dollar gəlir əldə edəcək.

Pakistan və Özbəkistan Əfqanıstanda Əfqan-Trans Dəmiryolunu Bəlx vilayətindəki Hirtan sərhəd-keçid məntəqəsindən Paktiya əyalətindəki Xarlaçi sərhəd keçid məntəqəsinə qədər qurmaqla Orta və Cənubi Asiya ölkələrinin inkişaf edən bazarlarına çıxmaq arzusundadılar. Onlar artıq bu marşrutla kommersiya yüklərinin daşınmasından əldə etdikləri gəliri milyardlarla dollarla hesablayıblar. Bu marşrutun uzunluğu cəmi 760 kilometr olduğu üçün bir tərəfdən Özbəkistan və Pakistan arasında kommersiya yüklərinin çatdırılma müddətini beş günə, digər tərəfdən isə Orta və Cənubi Asiya ölkələri arasında ticarət mallarının daşınması xərclərini də 30-40 faiz azaldacaq.

Özbəkistan Əfqan-Trans layihəsinin dəyərini 5 il ərzində 4.6 milyard dollar, Pakistan isə 8.2 milyard dollar qiymətləndirib. Həmçinin Dünya Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Amerikanın Beynəlxalq İnkişaf Maliyyə Şirkəti, Rusiya və Qazaxıstan ölkələri bu layihəyə sərmayə qoymaqda maraqlıdırlar. Bu layihə reallaşarsa, şübhəsiz ki, İran-Əfqanıstan marşrutunun (Xuvaf-Hərat və Hərat – Məzar-Şərif) mühüm iqtisadi və kommersiya rolu zaman keçdikcə səmərəsizləşəcək.

Əfqanıstan bazarları Lanjo-Hirtan və Əfqan-Trans marşrutlarından istifadə edərək, İran malları əvəzinə, Çin, Rusiya və digər Asiya ölkələrinin ticarət malları ilə dolacaq. Ən əsası, Pakistan əsas məqsədlərinə çatacaq, o cümlədən Taliban hökuməti ilə İran arasında münasibətlərdə maneələr yaratmaq, Xuvaf-Hərat və Hərat – Məzar-Şərif marşrutunun mühüm iqtisadi və kommersiya rolunu səmərəsizləşdirmək, İslamabadın milli layihələrini həyata keçirmək üçün Taliban hökumətindən istifadə etmək, Əfqanıstan və Orta Asiya bazarında hökmranlıq etmək, milyardlarla dollar gəlir əldə etmək və s.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir