Yəmənlə Səudiyyə koalisiyası arasında danışıqların dayandırılmasının səbəbi nədir?

Bazar 23 İyul 2023 - 07:41
https://az.iswnews.com/?p=24677

Yəmənin Ali Siyasi Şurasının rəhbəri Sənaada tədris ilinin açılış mərasimində çıxışı zamanı Səudiyyə koalisiyası ilə danışıqların dayandırılmasının səbəbi kimi yəmənli dövlət qulluqçularının maaşlarının ölkənin neft gəlirlərindən ödənilməməsini adlandırıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşşat tədris ilinin açılış mərasimində deyib:
“Bizim neft və qaz gəlirlərimizdən işçilərin maaşlarının ödənilməsi ilə bağlı danışıqlar dayandırıldı və Səudiyyə Ərəbistanı bunu neft və qaz gəlirlərimizdən deyil, öz hesabına ödəməyə hazır idi! Səudiyyə Ərəbistanının istədiyi neft sərvətlərimizi oğurlayıb öz milli bankına köçürmək və sonra işçilərimizə və xalqımıza sədəqə verməkdir və biz bunu rədd etdik. Səudiyyəlilərə maaşları ödəməkdən imtina edən Amerika idi. Biz amerikalılara hər yəmənli evində özünə düşmən qazanmamağı tövsiyə etdik, çünki işçilərə maaş verilməsinin qarşısını almaqla on milyonlarla yəmənli onlara qarşı cıxacaq”.

Səudiyyə Ərəbistanının Yəməndəki səfirinin aprel ayında Sənaaya səfəri ilə Ənsarullah ilə Səudiyyə Ərəbistanı arasında danışıqlar yeni mərhələyə qədəm qoyub. Bu danışıqlar münaqişələrin dayandırılması və Yəmən limanlarının fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə müşayiət olunub, lakin səudiyyəlilərin yəmənli işçilərin maaşlarının ödənilməsi məsələsində çevik olmaması danışıqların dayandırılmasına səbəb olub. Ənsarullah bu cərəyanın pərdəsinin arxasında Amerikanın dayandığını iddia edir.

Daha çox oxuyun: Ənsarullah Mərib darvazalarında möhtəşəm hərbi təlim keçirib + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir