Əl-Qaidə Əbyən vilayətinin şimalında cənubluların mövqelərinə ağır hücum edib + XƏRİTƏ

Şənbə 22 İyul 2023 - 19:55
https://az.iswnews.com/?p=24674

“Əl-Qaidə” terror qruplaşmasının silahlıları bu gün səhər saatlarından etibarən Yəmənin Əbyən vilayətinin şimalındakı Mudiya rayonunda yerləşən Vadi Umran və Əl-Mahfad rayonunda yerləşən Vadi Xiyalə bölgəsində Cənub Keçid Şurası silahlılarının mövqelərinə güclü hücumlar həyata keçirib. Bu hücumlar hər iki tərəfdən silahlı şəxslərin öldürülməsinə və yaralanmasına səbəb oldu və bu itki və zərərlərin çoxu Cənub Keçid Şurasına dəydi.

Əl-Qaidə hücumlarının intensivləşməsi Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında Əbyən vilayətinə nəzarət uğrunda rəqabətin fonunda baş verir və bir çox yerli media və analitiklər Əl-Qaidənin cənublulara qarşı addımlarını Səudiyyə Ərəbistanının sifarişi ilə həyata keçirdiyi layihə kimi qiymətləndirirlər.

Daha çox oxuyun: Yəmən cəbhələrinin son vəziyyəti; İşğal olunmuş ərazilərdə nə baş verir? XƏRİTƏ

Xəritə: Əl-Qaidə silahlılarının Əbyən vilayətində yerləşən cənubluların mövqelərinə hücumların istiqaməti / Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir