Təizdə BMT Dünya Qida Proqramının tanınmış üzvü qətlə yetirilib

Şənbə 22 İyul 2023 - 14:21
https://az.iswnews.com/?p=24660

Naməlum silahlı şəxslər BMT Dünya Qida Proqramının Yəmənin Təiz əyalətindəki ofisinin rəhbəri Müəyyid Həmidini Əl-Türbə qəsəbəsində qətlə yetirib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, 21 iyul Cümə günü BMT Dünya Qida Proqramının Təiz əyalətindəki ofisinin rəhbəri Müəyyid Həmidini naməlum silahlı şəxslər bu vilayətin cənubunda yerləşən Əl-Türbə qəsəbəsində qətlə yetiriblər. İordaniyalı BMT əməkdaşı hücumdan sonra xəstəxanaya aparılsa da, yəmənli həkimlərin onu xilas etmək cəhdləri nəticə verməyib və o, orada dünyasını dəyişib.

Ənsarullahın sözçüsü və Yəmənin Qurtuluş Hökumətinin danışıqlarına məsul şəxs Məhəmməd Əbdüs-Səlam bu sui-qəsdi qınayıb və Yəmənin işğal olunmuş ərazilərində xaos yaradılmasını, məqsədi insanların diqqətini Yəmənin taleyindən, onun suverenliyindən və müstəqilliyindən yayındırmaq olan bir sui-qəsd adlandırıb. Bu açıqlamaya baxmayaraq, istefa vermiş hökumətin mətbuatı Ənsarullahı BMT əməkdaşına sui-qəsddə günahlandırıb. Həmçinin, “İslah” partiyası bir açıqlamada, Tariq Salehin qüvvələrindən biri, keçmişdə Kətaib Əbul-Abbas hərbi qruplaşmasında əməkdaş olan, Həmidinin öldürülməsin səbəbkar kimi Əhməd Yusif Əs-Sərrə olduğunu bildirib.

Qeyd edək ki, Təiz vilayətinin şimalı Ənsarullahın, bu vilayətin mərkəzi və digər hissələri isə Tariq Saleh və İslah partiyası silahlılarının nəzarətindədir. Tariq Salehlə İslah partiyası arasındakı gərginlik Təizdə bir çox dolanışıq problemlərinə səbəb olub və BMT-nin bu şəhər sakinlərinə yardımını çətinləşdirib.

Daha çox oxuyun: Yəmən cəbhələrinin son vəziyyəti; İşğal olunmuş ərazilərdə nə baş verir? XƏRİTƏ

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir