Neynəva vilayətinin şimalında Türkiyə ordusunun bazasına raket zərbələri endirilib
Türkiyə ordusunun İraqın Neynəva vilayətinin şimalında yerləşən Zelkan bölgəsindəki hərbi bazası Əshab Əl-Kəhf müqavimət dəstəsinin raket hücumuna məruz qalıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyulun 21-də Türkiyə ordusunun İraqın Neynəva vilayətinin şimalında yerləşən Mosul şəhərinin şimalındakı Zelkan bölgəsindəki Bəşiqə hərbi bazası İraq müqavimət dəstələrinin raket hücumu ilə hədəfə alınıb.
Hücumdan saatlar sonra Əshab Əl-Kəhf müqavimət dəstəsi bəyanat yayaraq, Türkiyənin Zelkan bölgəsindəki hərbi bazasına raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Bu bəyanatda deyilir: “Əshab Əl-Kəhf qüvvələri (cümə günü) saat 15:20-də “Fəcr” raketləri ilə Zelkan bazasında Türkiyə işğalçılarının mövqelərini hədəfə alıb. Biz vurğulayırıq ki, İraq daxilində istənilən xarici qüvvə işğalçı qüvvədir və bizim üçün qanuni hədəf hesab olunur”.
“İslam Dünyası Xəbərləri”nin araşdırmalarına görə, bu, 2023-cü ilin 21 mart tarixindən bəri Bəşiqə hərbi bazasına qarşı ikinci raket hücumudur. 2022-ci ilin 21 mart tarixindən qeyd olunan tarixədək müqavimət dəstələri və naməlum şəxslər Bəşiqə bazasını raket və dron hücumları ilə on səkkiz dəfə hədəfə almışdılar.
Qeyd edək ki, 2023-cü il iyunun 6-da Bəşiqə hərbi bazası naməlum şəxslərin raket hücumu ilə hədəfə alınmışdır.
Daha çox oxuyun: İraqın şimalındakı Türkiyə hərbi bazasına raket zərbələri endirilib
Rəy