İraq xalqı Bağdaddakı İsveç səfirliyini yandırdı + FOTO
İsveçin Qurani-Kərimi və İraq bayrağını yenidən yandırmaq icazəsini təsdiq etməsinə cavab olaraq İraq xalqı ölkənin Bağdaddakı səfirliyinə hücum edərək onu yandırıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İsveç polisi iyulun 19-da İraqın Stokholmdakı səfirliyi qarşısında etiraz aksiyası keçirmək üçün icazə verdiyini açıqlayıb. İsveç polisinin açıqlaması ilə eyni vaxtda bəzi KİV-lər bu etiraz aksiyasının təşkilatçılarının müsəlmanların müqəddəs kitabını yenidən yandırmaq niyyətində olduqlarını açıqlayıblar.
Bu qərardan sonra İsveçin Qurani-Kərimi və İraq bayrağını yenidən yandırmağa icazə verməsinə cavab olaraq, bu gün iyulun 20-də səhər saatlarında bir neçə İraq xalqı ölkənin Bağdaddakı səfirliyinə hücum edərək onu yandırıb.
Bu hadisənin ardınca İraq Xarici İşlər Nazirliyi bir bəyanatda İsveçin Bağdaddakı səfirliyinin yandırılmasını qətiyyətlə pisləyib və bunu İraqdakı diplomatik nümayəndəliklərə hücum və onun təhlükəsizliyinə təhdid kimi qiymətləndirib və elan edib: “İraq hökuməti məsul qurumlara bu məsələnin dərhal araşdırılmasını və bu hadisənin gizli tərəflərinin aşkar edilməsi və təhrikedici tərəflərin müəyyən edilməsi üçün lazımi təhlükəsizlik tədbirlərinin görülməsini əmr edib”.
Digər tərəfdən, İsveç Xarici İşlər Nazirliyi də İraq vətəndaşlarının bu ölkənin Bağdaddakı səfirliyinə hücumuna reaksiya verib və elan edib: “Bağdaddakı səfirliyimizin bütün əməkdaşları salamatdır və bu nazirlik onlarla müntəzəm əlaqə saxlayır”.
Nazirlik bəyanat dərc etməklə, diplomatlara və beynəlxalq təşkilatların əməkdaşlarına qarşı hücumları pisləyərək, İraq hakimiyyətinin diplomatik missiyaları və onların əməkdaşlarını qorumaq üçün məsuliyyət daşıdığını vurğulayıb.
Rəy