Amerika regionda müqavimət cəbhəsi ilə birbaşa münaqişəyə başlayacaqmı?

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Cümə axşamı 20 İyul 2023 - 13:49
https://az.iswnews.com/?p=24595

Amerikalıların və ona bağlı qüvvələrin son günlər bölgədəki fəaliyyətləri Qərbi Asiya regionunda hava zərbələri və müqavimət qüvvələri ilə toqquşmaların mümkünlüyündən xəbər verir; Bu məqalədə bəhs etmək istədiyimiz mövzu onun müxtəlif ölçüləridir.

Amerika ordusunun və ona bağlı qüvvələrin köçürülməsi prosesi son həftələrdə əhəmiyyətli dərəcədə artıb. Fəaliyyətlərin artması ilə eyni vaxtda Suriya Demokratik Qüvvələrinin (SDQ) Amerika koalisiyasının dəstəyi ilə Fərat çayının qərbindəki müqavimət cəbhəsinin mövqelərinə hücum planlaşdırması və ehtimalı ilə bağlı xəbərlər yerli mətbuatda dərc olundu. Bir müddət sonra isə SDQ-yə yaxın medialar Deyr əz-Zor vilayətindəki Suriya Ordusu və müttəfiqlərinin mövqelərinə mümkün hücumlarda iştirakını təkzib etdi.

Bu fəaliyyətlərdən əlavə, Suriyadakı amerikalı komandirlər Homs vilayətində bir sıra qəbilə ağsaqqalları ilə görüşüb və bəzi məsələləri, o cümlədən Suriya hökumətinə müxalifət və onların müqavimət cəbhəsinə qarşı nümayişlərini müzakirə ediblər. Bu görüşdən sonra bəzi mənbələr Suriyanın şərqində müqavimət cəbhəsinə qarşı bir sıra suriyalı qəbilələrin qurudan hücuma hazır olduqlarını açıqlayıb.

Ağır maliyyə xərclərindən və Suriya qəbilələrinin nüfuzlu şəxslərinin məlumatsızlığından istifadə edən amerikalı komandirlər bəzi qəbilələri müqavimət cəbhəsinə qarşı qızışdırmağa müəyyən qədər müvəffəq olsalar da, digər tərəfdən Suriyanın digər qəbilələri və Deyr əz-Zor əhalisi müqavimət cəbhəsinə və Bəşər Əsəd hökumətinə dəstək nümayişləri keçiriblər.

Suriyanın şərqində ABŞ-a bağlı qüvvələrin hərəkətləri, “Amerikalılar quru döyüş dalıncadılar və müqavimət cəbhəsinə qarşı fəaliyyət göstərən qüvvələrə hava dəstəyi vermək istəyirlər?” sualını yaradır.

Suriyanın şərqində son aylarda müqavimət dəstələri ilə Amerika tərəfi arasında məhdud və bir neçə günlük toqquşmaların araşdırılması göstərir ki, amerikalılar müqavimət cəbhəsi ilə gərginlik və qarşıdurmaların artmasına can atmırlar, çünki onların dözümlülük həddi bundan artıq deyil və bunun müxtəlif siyasi və hərbi səbəbləri var, o cümlədən çəkindiriciliyin azaldılması, müqavimətin gücünün artırılması, regional ölkələrin əməkdaşlığının azaldılması.

Qurudan hücumlara keçmək, qüvvələri quru döyüşlərində kifayət qədər təcrübə qazanmış müqavimət cəbhəsinin mövqelərinə qarşı xətti qırmaq, toqquşmaq və əldə edəcəkləri məntəqələri sabit saxlaya bilmək üçün müxtəlif birləşmələr tələb olunur və Bəşər Əsəd hökumətinə qarşı Amerika koalisiya qüvvələrinin və Suriya qəbilələrinin sayı bu planı həyata keçirmək üçün kifayət etmir.

Bu məsələləri nəzərə alsaq, ABŞ və müttəfiqlərinin Fəratın qərbindəki müqavimət cəbhəsinin mövqelərinə qurudan hücum ehtimalı aşağı səviyyədə olsa da, sayıqlıq, hazırlıq və müqavimətin müdafiə xətlərinin gücləndirilməsi zəruridir. Amerika koalisiyasının müxtəlif bəhanələrlə Suriyanın şərqində və ya İraqın qərbində müqavimət mövqelərinə qarşı hücumlar təşkil etməsi də mümkündür; bu cür hücumlar mütləq müqavimət dəstələrinin reaksiyası ilə nəticələnəcək. Amerika təyyarələrinin son uçuşlarının müşahidəsi də göstərir ki, onların əsas diqqəti İraqın qərb bölgələri və Suriyanın şərqindədir.

Müəllif hesab edir ki, ABŞ regionda dağıdıcı plan həyata keçirmək niyyətindədir; Buna görə də, gec olmadan müqavimət cəbhəsinin Ərbil və Bağdaddakı Amerika komandanlığına qarşı qabaqlayıcı tədbirlər təşkil etməsi lazımdır ki, düşmən öz hesablamalarına yenidən baxış keçirsin!

Daha çox oxuyun: Amerikalıların İraq və Suriya üzərində şübhəli hava hərəkətləri artıb + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir