İŞİD son nəfəslərini çəkir?
İyul ayının ilk həftəsində İŞİD əməliyyatlarının sayı altı aydan sonra yenidən təkrəqəmli oldu. Bu məqalədə İŞİD-in son altı aydakı əməliyyatlarını araşdırmaq niyyətindəyik.
Məhz yanvar ayının ortalarında İŞİD-in əməliyyatlarının sayı ilk dəfə birrəqəmli olmuşdur, indi isə dəqiq 25 həftədən sonra İŞİD əməliyyatlarının sayı yenidən birrəqəmli olub. Bu statistikalar yanvar ayının ortalarında İŞİD qurbanlarının sayı 67, iyulun ilk həftəsində isə İŞİD qurbanlarının sayı 50 nəfər olduğu halda qeyd edilir.
Şübhəsiz ki, İŞİD bu aylarda zəif məqamlarını yaşayır, amma sual budur ki, bu terror qruplaşması bu zəif günlərini necə idarə edir ki, sağ qalmağa davam etmək üçün ən azı həftəlik qanlı infoqrafikasını hətta əhəmiyyətsiz statistikaları ilə doldura bilsin?
Bu 25 həftənin statistikasına nəzər salsaq görərik ki, İŞİD əməliyyatlarının sayı cəmi 1 dəfə 30 əməliyyatı keçib və bu 25 həftədən yalnız beşində İŞİD qurbanlarının sayı üç rəqəmli olub.
İŞİD əslində son nəfəslərini idarə edir. Bu arada, İŞİD-in həftəlik qanlı infoqrafikasında əsasən İŞİD-in Mərkəzi Afrika vilayəti qolunda yerləşən, yəni Konqonun şimal-şərqində yerləşən İturi əyaləti və Şimali Kifo əyalətindəki Bini bölgəsində yerləşən xristian qurbanlarının sayı, həmçinin Nigeriyanın şimal-şərqində yerləşən Brno əyalətində hökumət tərəfindən dəstəklənən yerli qüvvələr və Ordu qüvvələri və həmçinin Çad gölünün ətrafında itkilər sayına diqqət yetirilir. Bəzən də Sahil bölgəsində “Camaat Nusra Əl-İslam Vəl-Müslimin” terror qruplaşmasının öldürdüyü və yaraladığı şəxslərin sayı bu 25 həftədə İŞİD-in qanlı infoqrafikasının statistikasını artırır, halbuki bu günlərdə İŞİD-lə Əl-Qaidə arasında Afrikanın Sahil bölgəsindəki qanlı qarşıdurmasının müqayisəsində, nisbət, Əl-Qaidə tərəfə ağırlıq edir. Bu altı ayla əvvəlki aylar arasında əsas fərq İŞİD-in Əfqanıstandakı əməliyyatlarının sayının az olmasıdır. Bu müddət ərzində İŞİD bir və ya iki böyük əməliyyat keçirsə də, İŞİD-in Əfqanıstandakı fəaliyyəti çox səngiyib. Həmçinin İŞİD-in Mozambikdəki əməliyyatları keçmişlə müqayisədə azalıb. İraq və Suriyada, iki həftə əvvəl Suriyada İŞİD əməliyyatlarının sayının digər əyalətlərə nisbətən daha çox olduğu, yəni 19 qurbanla 7 əməliyyat istisna olmaqla, həftələrin əksəriyyətində bir və ya iki əməliyyat həyata keçirilib. Həmçinin İraqda bir neçə həftə ərzində əməliyyatlar artdı.
İŞİD son nəfəslərini vaxtaşırı əməliyyatlarla idarə edir. Nadir hallarda görə bilərsiniz ki, İŞİD iki həftə ardıcıl olaraq bir bölgədə digər bölgələrə nisbətən daha çox əməliyyat keçirib. Beləliklə, İŞİD əməliyyatlarının şiddətlənməsi dövriliyə, yəni vaxtaşırı planlara tabedir. İŞİD-in az saylı qüvvəsi və imkanları ilə, bir bölgədə bir sıra geniş əməliyyatlarının hər birindən sonra bərpa olunmağı üçün ehtiyacı var. Ona görə də növbəti həftə əməliyyatlarının şiddətlənməsini, özünün digər vilayətinə və ya həmin vilayətin digər bölgəsinə yönəldir. Bunun İŞİD üçün bir çox faydası var; Birincisi, bu, İŞİD-in arxasınca düşən təhlükəsizlik qüvvələri üçün daha çox çaşqınlıq yaradır, çünki İŞİD bir sıra nisbətən şiddətli əməliyyatlardan sonra özündən iz buraxmır. Buna səbəb isə növbəti mərhələdə digər bölgədən baş çıxara bilməsidir. Başqa bir şey isə odur ki, nəfəsləri tükənmiş İŞİD, bu zəif nəfəsləri idarə edərək özünü qanlı infoqrafik vasitəsilə ayaqda saxlamağa çalışır. Beləliklə, nəhayət, hər həftə infoqrafikaya daxil ediləcək bir sıra əməliyyatlar və qurbanlar var, yəni İŞİD-in məruz qaldığı yüksək zəifliyə baxmayaraq, fasiləsiz mövcuddur, lakin çox deyil və həmçinin sabit bir yerdə deyil.
Başqa bir məsələ də budur ki, İŞİD İslam dünyasının şərqindən qərbinə qədər əməliyyatlarının geniş coğrafi ərazisini təsdiqləyir. Əslində İŞİD nəinki hər həftə varlığını bəyan edir, onun izlərinə bütün İslam dünyasında rast gəlmək olar.
İŞİD-in elan etdiyi strategiya uzunmüddətli müharibədir. Özləri deyirlər ki, düşmənləri uzunmüddətli müharibəyə hazırlaşmalıdırlar, sual olunur ki, İŞİD yenidən hakimiyyətə gəlmək üçün bölgədə 2011-ci ildə baş verən kimi növbəti böyük dalğa və ya insident baş verənə qədər özünü idarə edə biləcəkmi?
Rəy