Tacikistan hərbi təlim sahəsində Avropa və Amerika ilə əməkdaşlıqlarını gücləndirir
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Amerika Mərkəzi Ordusu Tacikistanın paytaxtında Orta Asiya ölkələrinin hərbçiləri üçün “Minatəmizləmə və partlayıcı sursatların zərərsizləşdirilməsi” mövzusunda təlim kursu keçirir.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Tacikistan Müdafiə Nazirliyinin bu ölkənin paytaxtı Düşənbənin cənub ətrafında yerləşən Çim Təpə qəsəbəsindəki Partlayış Təhlükələri Üzrə Regional Təlim Mərkəzində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (OSCE) və ABŞ Mərkəzi Ordusu (USARCENT) tərəfindən “Minatəmizləmə və partlayıcı sursatların zərərsizləşdirilməsi” təlim kursu keçiriləcək. İyulun 10-da başlayan bu kurs üç həftə davam edəcək və Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Serbiyadan 16 nümayəndə də bu kursda iştirak edəcək.
Bu kursun məqsədi Orta Asiya ölkələrinin hərbi qulluqçuları üçün yerin müəyyən edilməsi və yerində məhv edilməsi, texniki təhqiqat və s. üzrə bacarıqlarını inkişaf etdirməkdir.
ABŞ-ın Tacikistandakı səfirliyinin hərbi əməkdaşlıq ofisinin rəhbəri Vitali Qolfqat Tacikistan hakimiyyətinin əməkdaşlığına görə minnətdarlığını ifadə edərək, Düşənbə ilə Vaşinqton arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Düşənbədəki ofisinin rəsmilərindən biri olan Sonia Stanisaviç də Tacikistanda keçirilən bu təlim kursunu Orta Asiyada təhlükəsizliyin artırılması istiqamətində mühüm addım və Orta Asiya ölkələrinin hərbi qüvvələrinin gücləndirilməsi cəhdi kimi qiymətləndirib.
Qeyd edək ki, 2014-cü ildən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Orta Asiya ölkələri ilə təhlükəsizlik və terror əməliyyatlarına qarşı mübarizə sahəsində texniki əməkdaşlığa başlayıb. Son iki ildə, xüsusən də Əfqanıstan hökumətinin devrilməsindən sonra amerikalılar Tacikistanla hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığını xeyli artırıblar.
Daha çox oxuyun: Tacikistan və Amerika ordularının birgə hərbi təlimləri keçirilir + FOTO
Rəy