Ənsarullah Eritreyə ciddi xəbərdarlıq etdi

Bazar 16 İyul 2023 - 17:45
https://az.iswnews.com/?p=24410

Yəmənin Qurtuluş Hökuməti Eritreya donanmasının Yəmən sularında yəmənli balıqçılara qarşı düşməncəsinə hərəkətlərinə qarşı xəbərdarlıq və qətiyyətli cavab vəd etdi.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Yəmən Hökumətinin Balıqçılıq Nazirliyi bəyanat verərək, Eritreya qüvvələrinin yəmənli balıqçılara qarşı hərəkətlərini və onların Yəmən sularında fəaliyyətlərini pislədiyini bildirib. Bu bəyanatda deyilir: “Eritreya qüvvələrinin Yəmənin ərazi sularında açdığı atəş nəticəsində Zubab bölgəsinin Vacihə məntəqəsindən olan bir balıqçının öldürülməsi insanlığa qarşı cinayətdir”.

Yəmənin Qurtuluş Hökumətinin Balıqçılıq Nazirliyi, Eritreanın cinayətləri və dəniz quldurluğu və yəmənli balıqçılara qarşı açıq hücumlarının beynəlxalq və humanitar qanunların açıq şəkildə pozulması və insanlığa qarşı cinayət olduğuna işarə edərək, Eritreyanı yəmənli balıqçılara qarşı pozuntularını dayandırmağa və beynəlxalq sularda qanunlara riayət və hörmət etməyə çağırıb. Nazirlik Yəmən xalqını və ərazi sularını qoruyacağını vurğulayıb.

Qeyd edək ki, Eritreya hərbçiləri Səudiyyə koalisiya qüvvələri formasında Həniş adasında və Yəmənin qərb sularında yerləşdirilib. Qurtuluş Hökuməti və Yəmən mediası ötən illər ərzində bu Afrika ölkəsinin Səudiyyə koalisiyası ilə əməkdaşlığına etiraz edib və həmişə işğalı pisləməyə və Yəməndəki müharibəyə düzgün mövqe nümayiş etdirməyə çağırıb, lakin Eritreya hakimiyyəti bu məsələyə əhəmiyyət verməyib və bu ölkənin qərbindəki məsələlərə müdaxilə edib. Əgər Eritreanın düşmənçilik hərəkətləri Yəmənin qərbində təkrarlanarsa, Ənsarullahın Eritreyə qarşı hərbi cavab verməsi ehtimalı var.

Daha çox oxuyun: Yəməndə baş verən son hadisələr, 19 Oktyabr 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir