İraqda baş verən son hadisələr, 16 İyul 2023

Bazar 16 İyul 2023 - 17:59
https://az.iswnews.com/?p=24407

İraqın Həşd-Şəəbi Təşkilatı Mosulun cənub bölgələrində bu bölgələrin təhlükəsizliyini artırmaq və həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

1- Bağdad:
İyulun 14-də İraqın müxtəlif bölgələrindən olan insanlar Bağdadda ABŞ-ın İraqın daxili işlərinə, eləcə də Bağdadın qonşu dövlətlərlə əlaqələrinə müdaxilə etməsinə qarşı etiraz aksiyaları keçirib.

2- Süleymaniyyə:
İyulun 14-də İraq Daxili İşlər Nazirliyi İraqın Kürdüstan bölgəsində yerləşən Süleymaniyyə vilayətində İranla sərhəddə İraq Sərhəd Mühafizə Qüvvələrinin yerləşdirildiyini açıqlayıb.

3- Ərbil:
İyulun 12-də İraqın Kürdüstan bölgəsində yerləşən Ərbil şəhərinin ətrafında yerləşən Bəhreke şəhəri yaxınlığında İran Kürdüstan Demokrat Partiyasının “Siamand Şabuyi” adlı üzvlərindən biri naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib. .

Daha ətraflı: Ərbil yaxınlığında İran Kürdüstan Demokrat Partiyasının üzvünə sui-qəsd olunub + FOTO

4- Neynəva:
-İyulun 8-də İraqın Həşd-Şəəbi Təşkilatı və İraq Ordusu Mosulun cənub-şərqində İŞİD terror qruplaşmasının 3 sığınacağını aşkar edərək məhv edib.
-İyulun 13-də İraqın Həşd-Şəəbi Təşkilatı Mosulun cənub bölgələrində bu bölgələrin təhlükəsizliyini artırmaq, həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

5- Türkiyə Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin 3 əsgərinin həlak olduğunu etiraf edib.

Daha ətraflı: İraqın şimalında 3 türk əsgəri həlak olub + FOTO

6- İyulun 8-də İraq Şiələrinin Koordinasiya Mərkəzi bəyanat yayaraq, İraq hökumətindən ABŞ-ı İranın qaz ixracı ilə bağlı tələblərini dərhal azad etməyə məcbur etmək üçün tədbirlər görməyə çağırdı.

Daha ətraflı: İraq Şiələrinin Koordinasiya Mərkəzi: Bağdad İran əmlakının dərhal azad edilməsi üçün Amerika ilə koordinasiya etməlidir

7- İyulun 16-da İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani Suriyanın paytaxtına səfəri zamanı bu ölkənin prezidenti Bəşər Əsədlə görüşüb söhbət edib.

Daha ətraflı: İraqın baş naziri Suriyaya səfər etdi + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir