İraqın baş naziri Suriyaya səfər etdi + FOTO
İraqın baş naziri Dəməşqə rəsmi səfəri zamanı Suriya prezidenti ilə görüşüb və ticarət mübadiləsi, nəqliyyat, siyasi və təhlükəsizlik məsələləri, həmçinin terrorizmlə mübarizə kimi bəzi məsələləri müzakirə edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani bu gün iyulun 16-da Suriyanın paytaxtına səfəri zamanı bu ölkənin prezidenti Bəşər Əsədlə görüşüb və danışıb.
Qarşılama mərasimindən sonra Əl-Sudani Əsədlə ikitərəfli əlaqələr və qarşılıqlı maraq doğuran mövzularla yanaşı, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında məsləhətləşib.
Bu görüşdə ikitərəfli münasibətlər, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi, o cümlədən ticarət mübadiləsi, nəqliyyat, sənaye, müxtəlif siyasi sahələrdə daimi koordinasiya və terrorizmlə mübarizədə birgə səylər Suriya dövlət başçısı və İraqın baş nazirinin bugünkü danışıqlarında qaldırılan məsələlərdəndir.
Bugünkü görüşdə Suriya prezidenti və İraqın baş naziri ikitərəfli əlaqələrin inkişafının davam etdirilməsinin zəruriliyini vurğulayarkən, İraq və Suriyanın müxtəlif situasiyalarda yan-yana durması iki ölkəni bir-birinə bağlayan qardaşlıq və tarixi əlaqələrin əsl təfsiri olduğunu vurğulayıblar.
Qeyd edək ki, bu, İraq baş nazirinin 12 ildən sonra Dəməşqə ilk səfəridir. Bu səfərdə Əl-Sudanini Xarici İşlər Naziri Fuad Hüseyn, Ticarət Naziri Səyyer Salman, Birgə Əməliyyatlar Komandanlığının müavini general-mayor Qeys Rahima müşayiət edib.
Rəy