Təhrik-e-Taliban Pakistan, keçən ildən daha şiddətli + FOTO və VİDEO

Bazar 16 İyul 2023 - 16:54
https://az.iswnews.com/?p=24383

Təhrik-e-Taliban Pakistan (TTP) terror qruplaşması 2023-cü ilin birinci yarısında altı aylıq fəaliyyətini göstərən bir video yayımlayıb. Bu videoda Təhrik-e-Taliban Pakistan əməliyyatlarının sayı 304, bu qruplaşma əməliyyatlarının qurbanları sayı isə 871 nəfər qeyd olunub.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Təhrik-e-Taliban Pakistanın (TTP) media qolu olan Ömər Media, bu 11 dəqiqəlik videoda Pakistanın şimal-qərbində müxtəlif bölgələrdə gecə snayper əməliyyatları, yol kənarında yerləşdirilən və uzaqdan idarə olunan bomba partlamaları, minaatan atəşləri, eləcə də sui-qəsd əməliyyatları və ölənlər və yaralananların görüntülərini göstərib. Bu videonun sonunda 2023-cü ilin ilk altı ayı ərzində Təhrik-e-Taliban Pakistan (TTP) əməliyyatlarının statistikası göstərilib. Videoda göstərilən infoqrafikə daxil olan statistik məlumatlar aşağıdakılardır:

Bölgələr üzrə əməliyyatların sayı: DI Xan vilayəti: 94 əməliyyat. Banu vilayəti: 85 əməliyyat. Pişavər vilayəti: 65 əməliyyat. Mərdan vilayəti: 15 əməliyyat. Mollakənd vilayəti: 14 əməliyyat. Kuhat vilayəti: 8 əməliyyat. Digər bölgələr: Bəlucistan: 19 əməliyyat. Pəncab: 3 əməliyyat. Sind: 1 əməliyyat.

Əməliyyatların sayları: 5 kamikadze hücumu. 40 partizan hücumu. 46 əks hücum. 26 terror əməliyyatı və hədəfli hücum. 67 snayper əməliyyatı. Hərbi və təhlükəsizlik mərkəzlərinə 32 hücum. Qumbara və minalardan istifadə etməklə 37 əməliyyat. 44 pusqu əməliyyatı və 5 raket və minaatan əməliyyatı.

Əməliyyatların qurbanları: 871 qurban, o cümlədən 387 ölü və 484 yaralı. Bunlara daxildir: 379 ordu qüvvəsi, 283 polis qüvvəsi, 186 sərhəd polisi və 20 təhlükəsizlik qüvvəsi.

Məhv olunanlar: 24 hərbi maşın, 12 polis maşını, 6 motosiklet, 23 gecə görüntü və casus kamerası, 7 polis mərkəzi və 6 Ordu mərkəzi.

Əldə edilən qənimətlər: 21 Kalaşnikov, 5 Colts və 8 digər növ silah, 3 motosiklet və 1 Amerika gecə görüntü kamerası.

Təhrik-e-Taliban Pakistanın (TTP) 2023-cü ilin ilk altı ayının statistikasının 2022-ci ilin statistikası ilə müqayisəsinə əsasən, bu il qruplaşmanın fəaliyyəti xeyli artıb. 2022-ci ilin bütün ili ərzində Təhrik-e-Taliban əməliyyatlarının həcmi 367 əməliyyat olduğu halda, 2023-cü ilin birinci yarısında Təhrik-e-Taliban əməliyyatlarının həcmi 304 əməliyyat təşkil edir ki, bu da ilin sonuna qədər arta bilər. Bəlucistan bölgəsinə daha çox diqqət yetirmək 2023-cü ilin ilk altı ayının statistikasında daha bir əhəmiyyətli dəyişiklikdir. Pakistan Talibanı bu müddət ərzində Bəlucistanda 19 əməliyyat həyata keçirib, 2022-ci ildə isə Bəlucistanda cəmi 12 əməliyyat keçirmişdir. Təhrik-e-Taliban-ın Bəlucistana daha çox diqqətini mediada və inzibati bölgülərdə görmək olar. Təhrik-e-Taliban Pakistan əməliyyatlarının növündə də əhəmiyyətli dəyişikliklər baş verib.

Bu ilin birinci yarısında snayper əməliyyatlarının sayı 67 olduğu halda, bütün 2022-ci ildə cəmi 32 snayper əməliyyatından istifadə edilmişdir. Bu ilin birinci yarısında partizan əməliyyatlarının miqdarı 41 olduğu halda, bütün 2022-ci ildə partizan əməliyyatlarından cəmi 26 dəfə istifadə edilib. Pusquların sayı bu ilin birinci yarısında 44 əməliyyat, 2022-ci ildə isə cəmi 31 əməliyyat təşkil olunmuşdur. Digər tərəfdən, bu il “Təhrik-e-Taliban Pakistan”ın əks-hücumlarının miqdarı azalıb. Bu onu göstərir ki, bu ilin birinci yarısında Pakistan Talibanının hərəkətləri daha şiddətli olub və öncəllik Pakistan hökumət qüvvələrinin əlindən daha çox Təhrik-e-Taliban Pakistan qüvvələrinin əlində olub. Eyni zamanda, ötən il “Təhrik-e-Taliban”ın ünsürlərinin daha az öncəllik göstərdiyini söyləmək olar.
Qeyd edək ki, “Təhrik-e-Taliban Pakistan” bu ilin birinci yarısının statistik məlumatlarının əlavə infoqrafikasını da dərc edib və orada əyalətlərin müxtəlif bölgələrində əməliyyatların həcmi ayrıca qeyd olunub.

Təhrik-e-Taliban qrupunun Pakistandakı altı aylıq fəaliyyətinin infoqrafiki
Təhrik-e-Taliban Pakistanın bu ölkənin Ordusu və hökumət qüvvələrinə qarşı hücumlarından
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir