Netanyahuya qarşı sionistlərin etiraz aksiyaları davam edir + FOTO
Minlərlə sionist işğal olunmuş Fələstinin Təl-Əviv və bir sıra digər şəhərlərində 28-ci həftədir ki, sionist rejim baş nazirinin məhkəmə islahatları proqramına etiraz olaraq etiraz aksiyaları keçirib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, minlərlə sionist mühacir dünən iyulun 15-də işğal olunmuş ərazilərin müxtəlif şəhərlərinin prospektlərində sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı etiraz aksiyaları keçirib.
Əsas etiraz aksiyası Təl-Əvivin Kaplan prospektində keçirilib. Hayfa şəhərində və digər məntəqələrdə də Netanyahuya qarşı kütləvi etiraz aksiyaları keçirilib.
Etiraz aksiyaları ilə eyni vaxtda ivrit dilli mənbələr sionist rejimin hava qüvvələrinin 100-dən çox ehtiyat pilotu və əsgərinin Benyamin Netanyahu kabinetinin məhkəmə islahatı planının davam etdirilməsinə etiraz olaraq bu rejimin hava bölmələrinə qoşulmaqdan imtina etdiyini açıqlayıb.
Qeyd edək ki, martın 27-də İsrail rejiminin baş naziri bu rejimin məhkəmə sistemi ilə bağlı mübahisəli planının dayandırıldığını elan etsə də, işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarında məhkəmə islahatı planına və bəzi qərar və addımlara etiraz edilir. Bu etiraz aksiyaları artıq ardıcıl 28-ci həftəyə daxil olub.
Daha çox oxuyun:
İşğal olunmuş Fələstində 150 mindən çox sionist Netanyahuya qarşı etiraz aksiyası keçirib + VİDEO
Rəy