Əl-Məyadin: Deyr əz-Zorda Amerika əsgərləri və müttəfiq qüvvələrinin fəaliyyətləri artıb! + FOTO

Şənbə 15 İyul 2023 - 13:42
https://az.iswnews.com/?p=24350

Livan kanalı mənbələrə istinadən iddia edib ki, Amerika koalisiya qüvvələri və ona bağlı qüvvələrin Fərat çayının şərqində fəaliyyətləri artıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Livanın Əl-Məyadin kanalı bu gün iyulun 15-də yerli mənbələrə istinadən elan edib ki, Amerika koalisiya qüvvələri və ona bağlı müttəfiqlərin Fərat çayının şərqində, Fərat çayının qərb sahilindəki Suriya Ordusunun mövqeləri və müqavimət cəbhəsinə hücum məqsədi ilə fəaliyyətləri artıb.

Bu kanalın iddiasına görə, onlarla amerikalı əsgər müdafiə və əməliyyat imkanlarını gücləndirmək üçün Amerika koalisiyasının Deyr əz-Zor vilayətində yerləşən Koniko qaz qurğuları və Ömər neft yatağındakı bazalarına daxil olub.

Qeyd edək ki, dünən Amerikanın Bombardier E-11A təyyarəsi Suriyanın şərq bölgələri (Deyr-əz-Zorun şərqi, Həsəkə vilayətində yerləşən Əş-Şəddadi bölgəsi) və İraqın qərb bölgələri üzərində iki dəfə uçuş həyata keçirib. Bombardier E-11A təyyarəsi radio rabitəsinin ötürülməsinə və döyüş meydanında fəaliyyət göstərən bölmələr arasında rabitə limanlarının yaradılmasına işini görür.

Bu addımlarla eyni vaxtda bəzi yerli mənbələr də Ceyş Əl-Sivar qüvvələrinin (SDQ-nin tabeliyində olan birliklərdən) və Əl-Sənadid qüvvələrinin (SDQ-nin komandanlığı və Amerika koalisiyasının dəstəyi altında olan Şimr qəbiləsinin gəncləri) Deyr-əz-Zorun şimalındakı kəndlər ətrafına və Koniko qaz qurğularına daxil olmaları barədə xəbər veriblər.

Deyr əz-Zor əyalətində artan fəaliyyətlərlə yanaşı, Amerika koalisiyasının Homs əyalətindəki Əl-Tənəf bazasında yerləşən Ceyş Əl-Hurra (keçmiş Maqavir Əl-Səvrə) silahlı qüvvələrinə döyüş hazırlığı əmri verdiyi bildirilir. Amerikalı komandirlər Suriya Ordusu silahlı qüvvələrindən Əl-Tənəf bazasının 55 kilometr radiusunda mümkün hücuma hazırlaşmağı barədə fərman veriblər.

Hələlik bu fəaliyyətlərin səbəbi dəqiq müəyyən edilməyib. Bu xəbər bir müddət əvvəl Suriya Demokratik Qüvvələrinə (SDQ) yaxın medialar SDQ qüvvələrinin və Amerika koalisiyasının Deyr əz-Zor əyalətində artan hərəkətləri ilə bağlı yayılan xəbərləri təkzib edərkən yayımlandı; Buna baxmayaraq, İslam Dünyası Xəbərlərinin araşdırmaları göstərir ki, müxtəlif tərəflərin, o cümlədən Suriya Ordusu və müqavimət qüvvələrinin, SDQ və Amerika koalisiyası qüvvələrinin Deyr əz-Zor əyalətindəki hərəkatları son həftələrdə artıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir