Paraçenar şiələri ilə təkfirçi qəbilələr sülh bağladılar
Kərəm Agency bölgəsinin mərkəzi Paraçenar şəhərində təkfirçi qəbilələr və silahlı qrupların şiələrə qarşı ağır hücumlarından sonra münaqişə tərəfləri yerli xalq şurasının vasitəçiliyi ilə sülh bağlayıb və atəşkəs sazişi imzalayıblar.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, təkfirçi qəbilələr və silahlı qrupların Pivar, Buşehra Banqaş, Dender, Xarkalay və Baliş Xeyl kəndlərində Paraçenar bölgəsinin şiələrinə qarşı ağır hücumlarından beş gün sonra Kohat, Orakzai və Hangu bölgələrinin şiə və sünni qəbilələrinin 30 ağsaqqalından ibarət yerli xalq şurası iyulun 14-də atəşkəsə gətirib çıxardı və beş bəndlik sülh müqaviləsi imzalandı.
Paraçenar şəhərinin şiələri ilə təkfirçi qəbilələr arasında bağlanan sülh müqaviləsinə əsasən, münaqişənin hər iki tərəfindəki bütün cəbhələr və səngərlər Pakistan ordusuna təhvil veriləcək və atəşkəsi pozan tərəf heç bir şəkildə bağışlanmayacaq. Həmçinin, sülh müqaviləsinin bəndlərindən birinin pozulması halında, pozan tərəf 120 milyon Pakistan kaldarı məbləğində cərimələnəcək.
Şiələr və təkfirçi qəbilələr arasında iyulun 9-da qarşıdurmalar başladı. Bu münaqişə üç gün sonra mindən çox əfqanıstanlı Taliban silahlısının və digər təkfirçi qrupların Əfqanıstanın şərq sərhəd bölgələrindən Kərəm Agency bölgəsinə gəlməsi ilə müşayiət olundu. Bu münaqişələr təkfirçi qrupların hücumlarının əhatə dairəsinin Paraçenar şəhərində şiələr yaşayan digər məntəqələrə də çatmasına səbəb oldu. Bu hücumlar zamanı bir neçə uşaq da daxil olmaqla 14 şiə şəhid olub.
Daha çox oxuyun:
“Təhrik-e-Cihad Pakistan”ın Bəlucistanda Pakistan Ordusuna qarşı ikinci ölümcül hücumu + VİDEO və FOTO
Paraçenar şiələrinin mühasirə halqası sıxlaşır + FOTO
Təhrik-e-Taliban Pakistan: Paraçenardakı toqquşmalarda bizim heç bir rolumuz yoxdur
Təkfirçilərin Paraçenar əhalisinə hücumu nəticəsində 6 nəfər həyatını itirdi
Rəy