Ərbil yaxınlığında İran Kürdüstan Demokrat Partiyasının üzvünə sui-qəsd olunub + FOTO

Cümə axşamı 13 İyul 2023 - 20:00
https://az.iswnews.com/?p=24337

İran Kürdüstan Demokrat Partiyasının üzvü İraqın Kürdüstan bölgəsində yerləşən Ərbil şəhərinin ətrafı Bəhreke şəhəri yaxınlığında naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyulun 12-i çərşənbə günü günorta radələrində İranın Kürdüstan Demokrat Partiyasının “Siamand Şaboyi” adlı üzvünün meyiti Ərbildən 10 kilometr aralıda yerləşən Bahreke şəhərinin “Qadir Abad” kəndində yarımçıq tikilidə tapılıb.

Bununla bağlı Siamand Şaboyinin qohumlarından biri iddia edib: “Siamand Şaboyi çərşənbə axşamı axşamdan indiyədək görünməmiş bir şəkildə yoxa çıxıb. Biz bu hadisəyə görə İran İslam Respublikasının terror qruplaşmalarını məsul bilirik”.

İran Kürdüstan Demokrat Partiyası bəyanatında Siamand Şaboinin ölüm xəbərini təsdiqləyərək, İraq hökumətindən bu hadisə ilə bağlı mövqe tutmasını və İran qüvvələrinin İraq torpaqlarından terror aktları törətməsinə icazə verməməsini istəyib. Həmçinin beynəlxalq təşkilatlardan da bu cinayəti qınamağı tələb edib.

Bu bəyanat İranın Kürdüstan Demokrat Partiyasına və İraqın Kürdüstan bölgəsinə yaxın mediaların bununla bağlı heç bir etibarlı sənəd və məlumat dərc etmədiyi halda yayımlanır.

Xatırladaq ki, İran Kürdüstan Demokrat Partiyasının bu üzvünə sui-qəsd hadisəsi ötən cümə günü səhər saatlarında bu partiyanın daha iki üzvü, Piranşəhrdən olan Luqman Aci və Adel Mohacer Süleymaniyyə vilayətinin Qələdəzi şəhərində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirildiyi halda baş verib.

Siamand Şaboyinin şəkli
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir