Müqavimət cəbhəsi Bağdaddakı Amerika səfirliyi qarşısında etiraza çağırır!
Əshab Əl-Kəhf müqavimət dəstəsi bəyanat dərc edərək İraq xalqını Amerikanın Bağdad səfirliyi qarşısında etiraz aksiyasına çağırıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Əshab Əl-Kəhf müqavimət dəstəsi iyulun 12-də bəyanat yayıb: “İslami müqavimət dəstələrinin qüvvələri heç bir İslam düşmənlərinin layihələrində iştirak etməyən və iştirak etməyəcək qardaşlarınız və övladlarınızdır”.
Bu bəyanatda deyilir: “Biz İslam və Şiə övladları sizi Amerika səfirliyi və İslam düşməni adlandırılan şeytan yuvasına qarşı nümayişə dəvət edirik. Vurğulayırıq ki, nümayişimiz İraq və İraq xalqının hüquqlarını müdafiə etməkdir və heç bir siyasi qrup və ya qruplaşma ilə bağlı deyil”.
Əshab Əl-Kəhf müqavimət dəstəsinin elanına görə, bu nümayiş cümə günü Amerikanın Bağdaddakı səfirliyi qarşısında keçiriləcək.
Rəy