“Təhrik-e-Cihad Pakistan”ın Bəlucistanda Pakistan Ordusuna qarşı ikinci ölümcül hücumu + VİDEO və FOTO

Cümə axşamı 13 İyul 2023 - 10:02
https://az.iswnews.com/?p=24295

“Təhrik-e-Cihad Pakistan”ın (TJP) Bəlucistan əyalətinin Jub məntəqəsində Pakistan Ordusunun bazasına hücumu nəticəsində 34 nəfər ölüb və yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Pakistan Ordusunun Bəlucistan əyalətinin Jub məntəqəsindəki bazasına “Təhrik-e-Cihad Pakistan”ın (Təhrik-e-Taliban Pakistan qollarından biri) hücumu nəticəsində 29 pakistanlı əsgər və “Təhrik-e-Cihad Pakistan”ın 5 üzvü həlak olub və yaralanıb.

Bu, Təhrik-e-Cihad Pakistan (TJP) silahlılarının Bəlucistan əyalətində Pakistan Ordusunun bazasına dörd aydan az müddətdə ikinci ölümcül hücumudur. Mayın 12-də bu qruplaşmanın silahlıları Bəlucistan əyalətinin Seyfullah Qala məntəqəsində yerləşən Müslim-Bağ qəsəbəsində Pakistan Ordusunun sərhəd qüvvələri bazasına hücum etmiş, nəticədə 30-dan çox pakistanlı əsgər və 6 “Təhrik-e-Cihad” silahlısı həlak olmuş və yaralanmışdır.

Daha çox oxuyun: Pakistandakı etirazlardan sonra Təhrik-e-Taliban tərəfindən ilk terror aktı törədildi + FOTO

Təhrik-e-Cihad silahlılarının Pakistan Ordusu ilə toqquşmasından
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir