Paraçenar şiələrinin mühasirə halqası sıxlaşır + FOTO

Çərşənbə 12 İyul 2023 - 19:16
https://az.iswnews.com/?p=24260

Paraçenar toqquşmalarının dördüncü günündə yüzlərlə əfqanıstanlı Taliban silahlısı və digər təkfirçi qruplar Pakistanın Paktiya vilayətində yerləşən Dandpatan şəhərinin sərhəd məntəqələrini keçərək Paraçenar şəhərinin Pivar şiə kəndinə hücum ediblər.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, təkfirçilərlə Paraçenər şiələri arasında toqquşmaların davamında əfqanıstanlı Taliban silahlısı və digər təkfirçi qruplar Pakistanın Paktiya vilayətində yerləşən Dandpatan şəhərinin Mirzəki, Manqal Karkin və Manqal Arion sərhəd məntəqələrini keçərək Paraçenar şəhərinin Pivar şiə kəndinə hücum ediblər.

Əsasən Əfqanıstan və Pakistan Talibanı, çox güman ki, Ləşkər Cənqavi və Əl-Qaidə ilə əlaqəli silahlı qruplar olan bu təkfirçi terrorçuların sayı 1000-1500 silahlı döyüşçüdür və şiələrin məskunlaşdığı Pivar bölgəsini dörd istiqamətdən mühasirəyə alıb və 12 saatdan az müddətdə yüngül və ağır silahlardan istifadə edərək bu əraziyə iki dəfə hücum ediblər.

Həmçinin, Xarkalay və Baliş Xeyl bölgələrində də təkfirçilərin şiələrə qarşı hücumları qeydə alınıb. Yerli mənbələrin məlumatına görə, təkfirçilərlə şiələr arasında qarşıdurma başlayandan bəri 12 nəfər həyatını itirib, 42 nəfər yaralanıb.

Qeyd edək ki, bu yaxınlarda “Təhrik-e-Taliban Pakistan” (TTP) bəyanatında Paraçenar toqquşmaları və bu qruplaşma üzvlərinin bu gərginlikdə iştirakını rədd etmiş və bu toqquşmaların arxasında gizli kəşfiyyat orqanlarının olduğunu vurğulamışdı, lakin Təhrik-e-Taliban Pakistan silahlılarının Taliban hökuməti ilə yaxın olan mənbələri, Təhrik-e-Taliban Pakistanın bu iddiasını rədd edib və Paraçenar toqquşmalarında bu terror qruplaşması döyüşçülərinin iştirakını yüksək səviyyəyə ehtimal edib.

Daha çox oxuyun:
Təkfirçilərin Paraçenar əhalisinə hücumu nəticəsində 6 nəfər həyatını itirdi
Təhrik-e-Taliban Pakistan: Paraçenardakı toqquşmalarda bizim heç bir rolumuz yoxdur

Xəritə: Paraçenar münaqisələrinin istiqamətləri – Tam ölçüdə baxmaq üçün klikləyin
Paraçenar şiələrinin əks-hücumunda həlak olan Kərəm Agency bölgəsi təkfirçilərinin cəsədlərinin şəkli. Təkfirçilər öz mesajlarında Paraçenar şiələrini terrorçu adlandırıb və şiələrin sünni ailələrə hücum etdiyini iddia ediblər! Bir halda ki, onlar bu münaqişəyə başlayıblar və yayımlanan görüntülər şiələrin sünni qadın və uşaqlarına hücumları ilə bağlı iddianın yalan olduğunu sübuta yetirir.
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir