Palmirada Suriya ordusuna qarşı terror hücumu
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin verdiyi xəbərə əsasən, Palmir səhrasında naməlum silahlı şəxslərin suriyalı əsgərləri daşıyan avtobusa hücumu nəticəsində 13 Suriya ordusunun əsgəri şəhid olub, 18-i yaralanıb.
Martın 6-da günorta saatlarında Homs əyalətinin Palmir səhrasında Suriya ordusuna məxsus avtobus naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Terror aktı nəticəsində 13 Suriya əsgəri şəhid olub, 18-dən çoxu isə yaralanıb.
Suriya ordusu qüvvələri və müttəfiqlərinin əməliyyatlarının davam etməsinə baxmayaraq, Palmir səhrası İŞİD terror qruplaşmasının fəaliyyətlərinin əsas hədəflərindən biridir. Suriya ordusuna qarşı bu cür hücumlarda İŞİD-in cinayətlərini nəzərə alsaq, bu terror aktının da İŞİD ünsürləri tərəfindən həyata keçirildiyini ehtimal etmək olar.
Rəy