İsrailin Bakıdakı səfirliyinə hücum planlaşdırdığı iddia edilən Əfqanıstan vətəndaşı saxlanılıb + FOTO və VİDEO

Çərşənbə 12 İyul 2023 - 09:53
https://az.iswnews.com/?p=24233

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Favzan Musa Xan adlı Əfqanıstan vətəndaşını sionistlərin Bakıdakı səfirliyinə hücum planlaşdırmaqda ittiham edərək saxlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, DTX bu şəxsin İsrail səfirliyinə hücumun dəqiq vaxtı və necə olması ilə bağlı təfərrüatları açıqlamasa da, onun silahdaşlarını da saxlamağa çalışdıqlarını təsdiqləyib.

Favzan Musa Xan Əfqanıstanın şimalındakı Kunduz vilayətindəndir və Azərbaycan hökuməti onun İsrail rejiminin səfirliyinin ətrafından keçərkən çəkilmiş şəkillərini yayımlayıb.

DTX bu barədə 10 iyul tarixində məlumat yayımlayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir