Ənsarullah Mərib darvazalarında möhtəşəm hərbi təlim keçirib + VİDEO və FOTO

Çərşənbə 12 İyul 2023 - 08:57
https://az.iswnews.com/?p=24220

Ənsarullah və Yəmən Ordusu müxtəlif helikopter və dronların iştirakı ilə Mərib əyalətinin qərbində yerləşən Sirvah rayonunda “Vilayət Günü” adı altında hərbi təlim keçirib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, bazar ertəsi, iyulun 10-da Ənsarullah qüvvələri və Yəmən Ordusu Səudiyyə koalisiyası və istefa vermiş hökumətin ən mühüm bazalarından biri olan Mərib şəhərinin ətrafında yüksək səviyyəli hərbi təlim keçirib.

Bu təlim Sirvah rayonunda keçirilib və onun şəkilləri “Vilayət günü” təlimi adı ilə yayımlanıb. Bu təlimdə Ənsarullah artilleriya texnikası, Rəcum kvadrokopteri və Ordu hava qüvvələrinə məxsus Mil 17 helikopterindən istifadə edib.

Ənsarullahın Mərib əyalətinin qərbində yerləşən Sirvah rayonundakı təlimindən

Ənsarullahın hərbi təlimləri Səudiyyə koalisiyasının Yəmənə qarşı artan gərginlik və təhdidlərinə, həmçinin Səudiyyə Ərəbistanı ilə danışıqları dayandırmasına cavab olaraq həyata keçirilir. Sənaadakı yerli mənbələrin məlumatına görə, səudiyyəlilər Ənsarullahın Yəmənin neft və qaz gəlirlərindən dövlət işçilərinin maaşlarının ödənilməsinə dair təklifləri ilə razılaşmayıb və Ənsarullah liderləri də Ər-Riyadla danışıqları dayandırmağı əmr ediblər.

Daha çox oxuyun:
Yəmən ordusu Əl-Hudəydə sahillərində möhtəşəm parad keçirib + FOTO
21 sentyabr inqilabının ildönümü münasibətilə Yəmən ordusu möhtəşəm parad keçirib + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir