Cenindən sionistlərə raket zərbələri endirilib + VİDEO
Fələstinin HƏMAS hərəkatının hərbi qolu olan Kətaib Əl-Qəssam Cenindən sionistlərin Şakid qəsəbəsinə doğru atılan raketlərin videosunu yayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Fələstinin HƏMAS hərəkatının hərbi qolu olan Kətaib Əl-Qəssama bağlı Kətibə Əyyaş 10 iyulda Cenindən sionistlərin Ceninin qərbində yerləşən Şakid qəsəbəsinə doğru raket atışının videosunu yayımlayıb.
Kətibə Əyyaş bəyanatında elan edib: “Sionist düşmənə qarşı tənlikləri pozmaq və düşmənin Cenin düşərgəsinin sakinlərinə qarşı cinayətlərinə cavab olaraq, Kətibə Əyyaş qüvvələri sionistlərin Şakid qəsəbəsini iki “Qəssam 1” raketi ilə hədəfə alıb”.
Bu bəyanatın davamında deyilir: “Mürəkkəb və həssas təhlükəsizlik şəraitində, imkan və avadanlıqların olmamasına baxmayaraq, biz sionist düşmənə Əl-Qəssam raketlərinin gücünü sübut etmək üçün gecə-gündüz səylərimizi davam etdirəcəyik”.
Bu hücum sionist rejim Ordusunun Qüds şəhərinin şimal-qərbində sionistlərin “Ram On” qəsəbəsinin qəbiristanlığı yaxınlığında raket qalıqlarını aşkar etdiyini iddia etməsindən bir neçə saat sonra həyata keçirilib. Sionist rejim Ordusu radiosunun məlumatına görə, bu rejimin qüvvələri bu raketin atış vaxtını dəqiq müəyyən etmək üçün araşdırmaya başlayıb.
Qeyd edək ki, yerli mənbələrin məlumatına görə, bu, Cenindən sionist yaşayış məntəqələrinə ikinci raket hücumudur. İyunun 26-da müqavimət dəstələri sionistlərə iki raket atmış, lakin bu raketlər İordan çayının qərb sahilindəki maneə divarından bir neçə metr aralıda yerə düşmüşdür.
Cenində genişmiqyaslı hərbi əməliyyatlara və gecə-gündüz təhlükəsizlik tədbirlərinə, o cümlədən davamlı patrullara, saxta bəhanələrlə fələstinlilərin həbsinə baxmayaraq, İsrailin hərbi-təhlükəsizlik qurumları bu bölgədə müqavimət dəstələrinin genişlənməsi və gücünün artmasının qarşısını ala bilməyib. Cenindən sionist yaşayış məntəqələrinə doğru raketlərin atılması İsrail rejimi üçün ciddi həyəcan siqnalı hesab olunur; Cenindəki müqavimət dəstələrinin raket əldə etməsi, təcrübə və silahların ötürülməsi prosesinin, müqavimət cəbhəsi proqramlarının başında olan İordan çayının qərb sahilinin silahlandırılması prosesinin düzgün şəkildə həyata keçirildiyini göstərir.
Rəy