Təkfirçilərin Paraçenar əhalisinə hücumu nəticəsində 6 nəfər həyatını itirdi
Təkfirçi qrupların Pakistanın Kərəm Agency bölgəsinin mərkəzi Paraçanar şəhərində şiə məntəqələrinə hücumları nəticəsində 6 nəfər hayıtını itirib, onlarla insan yaralanıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, silahlı təkfirçi qəbilələrin Kərəm Agency bölgəsinin mərkəzi Paraçenar şəhərində yerləşən Buşehra Banqaş və Dender kəndlərində şiə tayfalarına qarşı hücumları nəticəsində 6 nəfər hayıtını itirib, bir neçə nəfər yaralanıb.
Buşehra Banqaş və Dender kəndlərində iki şiələr və təkfirçilər arasında ərazi mübahisələrinin şiddətlənməsindən sonra təkfirçilər iyulun 9-da gecə yarısı Pivar şiə kəndini mühasirəyə alaraq bu kəndin sakinlərini yüngül və ağır silahlarla hədəfə alıblar. Bu hücumda bu kəndin sakinlərindən biri şəhid olub, bir neçəsi yaralanıb. Bu hadisədən sonra şiə silahlıları da təkfirçilərin mövqelərinə hücum ediblər və bu hücum nəticəsində bir neçə təkfirçi həlak olub və yaralanıb.
Qarşıdurmaların artması ilə Taliban silahlıları da Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətinin Teri Manqal sərhəd-keçid məntəqəsinin ətrafındakı dağlıq əraziləri keçərək təkfirçilərə dəstək olaraq şiə bölgələrinə hücum ediblər.
Təkfirçi hərbçilər ərazi mübahisələrinin həll olunmaması və şiələrlə qarşıdurmada çoxlu itki verdikləri üçün böyüklərindən şiələrə qarşı cihad elan etmələrini və Təhrik-e-Taliban Pakistan və Əfqanıstan Talibanlarından kömək istəmələrini istəyiblər.
Hazırda münaqişələr yerli etnik şuranın vasitəçiliyi ilə müvəqqəti olaraq (10 iyul, bazar ertəsinin sonuna qədər) səngiyib. Bununla belə, şiələr və təkfirçilər arasında qarşıdurmanın artması və Pakistan-Əfqanıstan təkfirçi silahlı qrupların Paraçenar şiələrinə qarşı cinayətlərinin yenidən başlaması ilə bağlı ciddi narahatlıqlar var. Digər tərəfdən, Zeynəbiyyun qüvvələrinin Paraçenar şiələrini müdafiə etmək üçün gəlişi qarşıdurmaların alovunu artıra bilər və cihad elan etmək və region təkfirçilərini Paraçenara göndərmək üçün güclü səbəb ola bilər.
Pakistan-Əfqanıstan təkfirçi silahlı qruplarının Kərəm Agency bölgəsindəki dini qarşıdurmalarda iştirakı İslamabad hökumətinə ölümcül zərbə vuracaq və bu ölkənin digər bölgələrində dini ixtilafların başlanğıcı ola bilər. Bir tərəfdən Pakistan iqtisadi təzyiq altındadır, digər tərəfdən isə Təhrik-e-Taliban Pakistan (TTP) tərəfindən amansız hücumlarla üzləşir.
Daha çox oxuyun: Paraçenardakı şiə məktəbi qana boyandı+ FOTO
Rəy