Centcom: Suriyada Amerikanın dron hücumu zamanı bir İŞİD komandiri öldürüldü! + FOTO

Bazar ertəsi 10 İyul 2023 - 16:13
https://az.iswnews.com/?p=24189

Amerikanın Qərbi Asiyadakı Terror Qərargahı bəyanat yayaraq, İŞİD terror qruplaşmasının Suriyadakı yüksək rütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyulun 7-də Amerika koalisiyasının dronları Hələb əyalətinin Əl-Bab – Bəzaə yolunda bir motosikleti hədəfə alıb və bu zaman İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirlərindən biri öldürülüb.

Hadisə yerindən

Bu hadisədən iki gün sonra Amerikanın Qərbi Asiyadakı Terror Qərargahı (Centcom) bəyanat yayıb və elan edib: “İyulun 7-də İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirlərindən biri Əbu Usamə Əl-Mühacir Suriyanın şərqində hava hücumu əməliyyatı zamanı öldürülüb”.

Bu açıqlamanın davamında deyilir: “Centcom hələ də region və dünya üçün təhlükə sayılan İŞİD-i məğlub etmək əzmindədir”.

Centcom-un bəyanatı

Yerli mənbələr də dron hücumu xəbərini təsdiqləyib və İŞİD terror qruplaşmasının komandirlərindən birinin öldüyünü bildirib. Onun adının “Humam Əl-Xızr” 1993-cü il təvəllüdlü, Bəzaə şəhərinin sakini və əslən Dəməşqdən olduğu bildirilir.

Xatırladaq ki, 2023-cü il aprelin 17-də səhər saatlarında Amerika koalisiya qüvvələri Hələb əyalətinin Əl-Ğandura şəhəri yaxınlığındakı Əl-Suveydə kəndinin cənubunda İŞİD terror qruplaşmasının komandirlərindən birini, digər iki terrorçu ilə birlikdə məhv etmişdir.

Daha çox oxuyun: Amerika koalisiyası Suriyanın şimalında İŞİD-ə qarşı əməliyyat keçirib + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir