Çin Əfqanıstanın şimalında neft hasilatına başlayıb + FOTO və VİDEO

Bazar ertəsi 10 İyul 2023 - 14:14
https://az.iswnews.com/?p=24175

Çin Milli Neft Şirkəti “CPEIC” Taliban hökumətinin rəsmiləri və Çinin Kabildəki səfirliyinin nümayəndəsinin iştirakı ilə ilk dəfə Sərepol vilayətinin mərkəzi Qaşqari məntəqəsində yerləşən 21 nömrəli quyudan eksperimental neft hasilatına başlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Çin Milli Neft Şirkəti “CPEIC” ilk dəfə olaraq iyulun 7-də Çinin Kabildəki səfirliyinin nümayəndəsi və Taliban hökumətinin Mədən və Neft naziri Moləvi Şahabuddin Delavərin iştirakı ilə Sərepol vilayətinin mərkəzi Qaşqari məntəqəsində yerləşən 21 nömrəli quyudan eksperimental neft hasilatına başlayıb.

Birinci mərhələdə Çin Milli Neft Şirkəti “CPEIC” Qaşqari məntəqəsindəki 21 nömrəli neft quyusundan sutkada 70 ton neft hasil edəcək və zaman keçdikcə bu quyudan hasilat gücünü sutkada 100 tona çatdıracaq.

Qaşqari neft yatağı Sərepol vilayətinin mərkəzində, altı neft quyusu və Amu dənizi hövzəsində gündə yüzlərlə ton xam neft çıxarmaq gücündə olan bir bölgədə yerləşir. Həmçinin Çinin köməyi ilə Taliban hökuməti yaxın bir il ərzində bu ərazidə 15 yeni neft quyusu qazacaq. Əfqanıstanın şimal əyalətlərində yerləşən Amu dəniz yataqlarında neft və qazın kəşfiyyatı və hasilatı üzrə müqavilə Taliban hökuməti tərəfindən hicri 2023-cü il yanvarın 5-də Çin Milli Neft Şirkəti “CPEIC”ə 25 il müddətinə verilib.

Daha çox oxuyun:
Orta Asiyada baş verən son hadisələr, 28 May 2023
Taliban və Çin Əfqanıstanın şimalında neft və qaz hasilatı ilə bağlı müqavilə imzalayıb + FOTO

Xəritə: Sərepol şəhərinin ətrafında Qaşqari neft yatağının yeri / Tam ölçüdə baxmaq üçün klikləyin
Qaşqari məntəqəsində yerləşən 21 nömrəli quyudan neftin çıxarılmasına başlanılıb
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir