Dörd ildən sonra Dərbasiyyə ətrafında Amerika hərbi patrul xidməti keçirildi!
Dörd ildən sonra Amerika koalisiya qüvvələri Suriya Demokratik Qüvvələrinin iştirakı ilə Suriyanın Həsəkə vilayətinin Dərbasiyyə ətrafında ilk patrul xidməti keçirib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyulun 8-də Dərbasiyyə bölgəsinin ətrafında Amerika koalisiya qüvvələri və Suriya Demokratik Qüvvələrinin (SDQ) birgə patrul xidməti həyata keçirilib.
Yerli mənbələrə görə, bu karvan üç Amerika zirehli maşını və dörd SDQ qüvvələrinə aid maşından ibarət olub və yerli vaxtla saat 13:00-da Həsəkə vilayətinin Dərbasiyyə bölgəsinin şərqindəki Siranə kəndində həyata keçirib.
Qeyd edək ki, bu, 2019-cu ilin oktyabrında Türkiyənin Rəs Əl-Eyn və Təll Əbyəz şəhərlərinə hərbi hücumlarından əvvəl Amerika qüvvələrinin Suriyanın şimal-şərqindəki mövqelərindən çıxarılmasından sonra Amerika koalisiyasının Dərbasiyyə bölgəsində ilk patrul xidmətidir.
Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat planının təxirə salınması və ya ləğv edilməsini nəzərə alsaq, çox güman ki, Amerika koalisiyası müxtəlif bəhanələrlə, o cümlədən terror qruplaşmalarına qarşı mübarizə, Rusiyanın hərəkətlərinə qarşı çıxmaq və Suriyanın şimal-şərqindəki hərbi qüvvələrini dəstəkləmək kimi bəhanələrlə, Suriya hökumətindən öz xeyrinə xal almaq üçün Suriyanın şimal-şərq bölgələrində hərbi varlığını artırmağa çalışacaq.
Rəy