İraq hökumətinin İsrail əsilli rus qadın vətəndaşının saxlanılması ilə bağlı istintaqı başlayıb!

Bazar ertəsi 10 İyul 2023 - 12:23
https://az.iswnews.com/?p=24168

İsrail əsilli rus qadın vətəndaşının saxlanılması ilə bağlı İsrail Baş Naziri Ofisinin açıqlamasından sonra Bağdadda İraq hökumətinin sözçüsü bu insidentlə bağlı rəsmi araşdırmaya başladığını açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraq hökumətinin sözçüsü Basim Əl-Əvvadi televiziyaya verdiyi müsahibədə deyib: “İraq hökuməti İsrail əsilli rus qadın vətəndaşı Elizabet Surkovla bağlı araşdırma aparır”.

Əl-Əvvadi əlavə edib ki, bu işin bu səviyyədə olduğunu və müxtəlif ölçülərə malik olduğunu nəzərə alaraq, buna görə də İraq hökuməti rəsmi təhqiqatını başa çatdırıb nəticəyə gəlməyincə, bununla bağlı rəsmi açıqlama verilməyəcək.

O, vurğulayıb: “Təhqiqat başa çatdıqdan sonra İraq hökuməti bu sahədə rəsmi şəkildə açıqlama verəcək və mövqe tutacaq”.

Qeyd edək ki, bu sözlər iyulun 5-də İsrail rejiminin baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayaraq, İsrail əsilli rus qadın vətəndaşının (Elizabet Surkov) İraqın Kətaib Hizbullah qüvvələri tərəfindən girov götürüldüyünü iddia etdikdən sonra deyilib. Bu bəyanatda bildirilib ki, o, hələ də sağdır və biz İraqı ona görə məsul bilirik.

Daha çox oxuyun: Netanyahu: İsrail əsilli rus qadın vətəndaşı İraqda girov götürülüb! + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir