Ənsarullah Təizin qərbində istefa vermiş hökumət qüvvələrinin toplaşdığı yerə dron hücumu edib + XƏRİTƏ
Ənsarullah dronlarının Təiz şəhərinin qərb cəbhəsində istefa vermiş hökumət qüvvələrinin toplaşdığı yerə hücumu nəticəsində 9 nəfər ölüb və yaralanıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Təiz vilayətində istefa vermiş hökumət qüvvələrinin komandanlığı elan edib: “Ənsarullaha məxsus iki dron şənbə günü, iyulun 8-də Əd-Dəbab bölgəsində qüvvələrimizin toplaşdığı yerə hücum edib. Bu hücum nəticəsində istefa vermiş hökumətin silahlılarından ikisi, o cümlədən Təiz Qərb Cəbhəsinin komandiri Ömər Abdulla Əl-Səbri həlak olub, ən azı yeddi nəfər yaralanıb”.
Bəzi yerli medialar Ənsarullahla qarşıdurmaların ön cəbhəsində olan və Ənsarullaha qarşı bir çox minaatan hücumlarının mənşəyi olan Cəbəl Handa istefa vermiş hökumət qüvvələrinin toplaşdığı yerdən bəhs edib. Odur ki, Ənsarullahın bu hücumları Təiz cəbhəsində istefa vermiş hökumətin dəfələrlə atəşkəsi pozmasına cavab olaraq həyata keçirməsi mümkündür.
Ənsarullah mediası və rəsmiləri hələlik bu xəbərə reaksiya verməyib.
Təiz şəhəri hazırda İslah Partiyası, Tariq Saleh və bəzi özbaşına silahlı qruplaşmaların qüvvələrinin nəzarəti altındadır. İstefa vermiş hökumət qüvvələri Ənsarullahın son səkkiz ildə bu şəhəri mühasirədə saxladığını və humanitar yardımın şimal yolundan keçməsinə icazə vermədiyini iddia edib. Bu iddia Təiz vilayətinin qərb yolu və cənub bölgələrinin İslah Partiyası silahlıları və Tariq Saleh qüvvələrinin nəzarətində olduğu və bu qrupların daxili gərginliyinin Təizə çıxışını məhdudlaşdırdığı bir vaxtda irəli sürülür. Bu məsələyə baxmayaraq, Ənsarullah bir neçə dəfə könüllü olaraq Sənaa-Təiz yolunu açıb, lakin “İslah” partiyasının silahlıları mülki avtomobillərin Təizə daxil olmasına mane olublar.
Daha çox oxuyun: Ənsarullah Taiz yolunu könüllü olaraq yenidən açır
Rəy