İşğal olunmuş Fələstində 150 mindən çox sionist Netanyahuya qarşı etiraz aksiyası keçirib + VİDEO
150 mindən çox sionist işğal olunmuş Fələstinin Təl-Əviv və bir sıra digər şəhərlərində 27-ci həftədir ki, sionist rejimin baş nazirinin məhkəmə islahatları proqramına etiraz olaraq aksiya keçirib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, 150 mindən çox sionist mühacir iyulun 8-də işğal olunmuş ərazilərin müxtəlif şəhərlərinin prospektlərində sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı etiraz aksiyası keçirib.
Etirazların artması ilə ivritdilli Walla xəbər saytı elan edib: “Sionist rejimin Dəniz Komando Birliyinin ehtiyat qüvvələrindən olan 420-dən çox adam Netanyahunun nəzərdən keçirdiyi məhkəmə islahatı planı tam başa çatana qədər vəzifəyə hesabat verməyəcəklərini elan ediblər”.
Sionist rejimin (Şabak) İctimai Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Ami Ayalon deyib: “İsraildə parçalanma və ixtilaf hər zamankindən daha dərindir və məhkəmə çevrilişi ordunu məhv edəcək”.
Həmçinin dünən gecə minlərlə israilli sionist rejimin müharibə naziri Yoaf Qallantın evinin qarşısına toplaşaraq onu Netanyahunun məhkəmə islahatı planını irəli sürməkdə ittiham ediblər.
Qeyd edək ki, hər həftənin şənbə günləri işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində sionistlərin etiraz aksiyası davam edir. Netanyahunun məhkəmə islahatları proqramına etiraz olaraq keçirilən bu mitinqlər artıq 27-ci həftəyə daxil olub. İsrail rejiminin baş naziri martın 27-də bu rejimin məhkəmə sistemi ilə bağlı mübahisəli planının dayandırıldığını elan edib, lakin sionistlərin etiraz aksiyaları davam edir.
Daha çox oxuyun: İşğal altındakı Fələstində minlərlə sionist Netanyahuya qarşı aksiya keçirib
Rəy