İranlı Hərəm Müdafiəçisi şəhid oldu + FOTO

Bazar 9 İyul 2023 - 08:35
https://az.iswnews.com/?p=24128

Sionist rejimin Suriyaya hücumu zamanı yaralanan İranlı Hərəm Müdafiəçisi Mehdi Əkbərpur Roşən uzun müddət ağrılara dözdükdən sonra şəhid oldu.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, uzun illər Suriyada hərbi müşavir kimi iştirak etmiş və sionist rejiminin Suriyaya hücumunda yaralanmış Hərəm Müdafiəçisi “Mehdi Əkbərpur Roşən”, 6 iyul 2023-cü ildə şəhid oldu.

Şəhid Əkbərpur əslən İranın Mazandaran vilayətinin Babol rayonundan olub və Tehranda yaşayıb. Onun şəhadətinin dəqiq necəliyi və yeri ilə bağlı hələlik heç bir məlumat dərc olunmayıb.

Şəhid Əkbərpur Roşən Şəhidlər Seyid Rza Taher və Həsən Rəcaifərdən sonra Babol rayonunun üçüncü şəhididir. Şahid Əkbərpur vəsiyyətinə əsasən, Tehranın Qolzar Beheşt Zəhra qəbirstanlığında dəfn olunacaq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir