Niyə hökumət medialarında Əmirabdullahiana divan tutuldu? + VIDEO

Bazar 9 İyul 2023 - 07:21
https://az.iswnews.com/?p=24076

Paytaxtımızın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası, hökumət medialarının atdığı addımlarını qiymətləndirmək üçün yaxşı fürsətdir. İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmirabdullahianın Prezident İlham Əliyevlə görüşü və hökumət mediaları ilə müsahibəsinin əks etdirilməsi, bu məsələyə yaxşı bir nümunədir. Qeyd edək ki, bu yaxınlarda İran İslam Respublikasının Xarici İşlər Naziri ölkəmizdə məşhur telekanallardan biri tərəfindən məsxərə və təhqir olunmuşdur.

Əmirabdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün çərşənbə axşamı, iyulun 4-də axşam saatlarında nümayəndə heyətinin başçılığı ilə Bakıya gəlib. Çərşənbə günü, iyulun 5-də açılış görüşündən sonra o, İlham Əliyevlə görüşüb. Bu görüş İran nümayəndə heyəti, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə keçirilib.

Əmirabdullahianın müsahibəsi

İran İslam Respublikasının xarici işlər naziri medialarımıza müsahibə verib və iranlı tərcüməçi onun açıqlamalarını gözəl tərcümə edib.

Hüseyn Əmirabdullahian hökumət başçısı ilə görüşü barədə deyib: “Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun, rəsmi nümayəndə heyətinin və digər rəsmi şəxslərin iştirakı ilə cənab İlham Əliyevlə görüşüm oldu. Biz Azərbaycan Respublikasının və regionun təhlükəsizliyini İranın təhlükəsizliyi hesab edirik”.

İran rəsmisi Yasin Hüseynzadənin ölkəmizin Tehrandakı səfirliyinə hücumu ilə bağlı suala cavab olaraq əlavə edib: “Azərbaycan Respublikasının Tehrandakı səfirliyində baş verən hadisə bizi təəccübləndirdi və təsir etdi. Cənab Prezident İlham Əliyevlə söhbətim oldu. İran Ədliyyəsi sözçüsünün bildirdiyi kimi, Azərbaycan Respublikasının Səfirliyinə basqın edən şəxsin silahlı hərəkəti ilə bağlı işin istintaqı yekunlaşıb və biz dost və qardaş Azərbaycanın hakimiyyət orqanları ilə razıyıq ki, Azərbaycan tərəfində bu işin istintaq mərhələləri tez bir zamanda tamamlansın. Hücum edəni və bu cinayət əməlində əli olan hər bir tərəfi ağır cəza gözləyir. Diplomatik polis sahəsində ciddi qərarlar qəbul edilib və bu hadisə ilə bağlı hər hansı səhlənkarlığa yol verən şəxslər barəsində ciddi tədbirlər görülüb”.

Ölkənin əsas torpağı ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəmir yolu dəhlizi ilə bağlı başqa bir suala da cavab olaraq Əmirabdullahian belə deyib: “Biz cənab Prezident və Azərbaycan Respublikasının rəsmiləri ilə İran İslam Respublikasından keçən tarixi marşrut və dəhlizin sürətlə aktivləşdirilməsinə razıyıq. Araz dəhlizi bizim orta məxrəcmizdir. Ölkəmin prezidentinin tapşırığına əsasən, tezliklə onun icrasına başlanacaq. Ümid edirəm ki, ən çox bir il ərzində fəaliyyətə başlayacaq. Bu dəhliz Azərbaycanla Naxçıvan arasında dəmir yolu əlaqəsi üçün əsas rol oynayır”.

O, həmçinin İran İslam Respublikasının Zəngəzur dəhlizi ilə bağlı mövqeyini vurğuladı: “Biz cənab Prezident İlham Əliyevlə regionda nəqliyyat yollarının bağlanması ilə bağlı müzakirə apardıq və cənab İlham Əliyev vurğuladı ki, “Zəngəzur” dəhlizinin açılması, İranla Ermənistan arasında tarixi nəqliyyat marşrutlarının bağlanmasına gətirib çıxarır, bu, yanlış təhlil və qiymətləndirmədir. O, vurğulayıb ki, Azərbaycan Respublikası İran İslam Respublikasının tarixi nəqliyyat yollarını bağlamağa cəhd etməyib və heç vaxt da etməyəcək“.

İran İslam Respublikasının xarici işlər naziri iki ölkə arasında mədəni əlaqələrə toxunaraq deyib: “Azərbaycan və İran İslam Respublikası xalqları öz qonşuları arasında ən çox ortaq cəhətlərə malikdirlər. Anlaşılmazlıqlar olmadan iki ölkə xalqının hərəkəti və iki ölkə arasında heç bir məhdudiyyət olmadan hərtərəfli əməkdaşlıqların ən yaxşı vəziyyətdə olmasını istəyirik”.

Hüseyn Əmirabdullahian İranın Qafqaz regionundakı böhranlarla bağlı siyasətinə cavab olaraq bildirib: “Biz Cənubi Qafqaz regionunda mübahisələrin yalnız sülh yolu ilə həll oluna biləcəyinə inanırıq. Azərbaycan hökumətinə və xalqına uğurlar arzulayırıq”.

Hüseyn Əmirabdullahianın hökumət medialarına müsahibəsinin videosu

Hökumət medialarının məsələyə yanaşması

-“AZTV”nin yanaşması: Bu kanal rəhbəri İlham Əliyevin təyin etdiyi dövlət televiziyası kimi həmişə maraq doğurur və bu kanalın xəbərləri əslində hökumət rəsmilərinin real fikirlərini ifadə edir. AzTV Yasin Hüseynzadənin ölkəmizin Tehrandakı səfirliyinə silahlı hücumuna xüsusi diqqət yetirib və məsələ ilə əlaqədar “terror” sözündən istifadə edib.
AZTV belə başlıq yazıb: “TƏCİLİ! Molla rejimi səhvini anladı: iranlı nazir Bakıya üzrxahlıq üçün gəldi – CANLI”

İranlı rəsminin açıqlamalarını tərcümə edən AZTV belə deyib: “Azərbaycan səfirliyinə qarşı terror əməliyyatı məhkəmə və ədliyyə orqanları tərəfindən ciddi şəkildə araşdırılır. Cinayəti törədən şəxs, ciddi şəkildə cəzalandırılacaq. Azərbaycan İran üçün yaxşı qonşu və qardaş ölkə hesab olunur. Bu gün ölkə rəhbəri İlham Əliyevlə ətraflı və uğurlu söhbətimiz oldu. Söhbətlər anlaşılmazlıqları aradan qaldırmağa kömək etdi. Biz Azərbaycanın və regionun təhlükəsizliyinə İranın təhlükəsizliyi kimi baxırıq. İlham Əliyevlə görüşdə səfirlikdə baş verən hadisənin bizdə narahatlıq və təəccüb doğurduğunu bildirdik və bu məsələ ilə bağlı geniş müzakirələr apardıq. İnanırıq ki, İran və Azərbaycan əlaqələri yüksək səviyyədə quracaq. İran prezidentinin Araz dəhlizi haqda planı var. Demək olar ki, regionda ən çox ortaq cəhətlər İran və Azərbaycan xalqları arasındadır. Biz anlaşılmazlıqları aradan qaldırmaqla xalqlar və ölkələr arasında münasibətləri bərpa edə bilərik”.

Həmçinin bu kanal Ağdavan-Naxçıvan dəmir yolu xətti ilə bağlı “Naxçıvan – Şərqi Zəngəzur Dəmir Yolu” ifadəsini işlədib və bu layihənin tamamlanmasını təqib etmək üçün yaxın vaxtlarda iki ölkənin nəqliyyat nazirlərinin görüşündən xəbər verib.

“ARB Xəbər”in yanaşması:
Rəisinin barışıq təklifini çatdırdı?
İranın Zəngəzur inadı Bakıda yox edildi: İrəvana qarşı kritik razılıq əldə olundu?

“ARB24” ün yanaşması:
İran ən sadiq müttəfiqini Bakıya satdı?
İranın Zəngəzur inadı Bakıda yox edildi: İrəvana qarşı kritik razılıq əldə olundu? – CANLI

“Xəzər Xəbər”in yanaşması:
İran niyə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır?
İranın XİN rəhbəri “Xəzər Xəbər”in Zəngəzur dəhlizi sualından QAÇDI…

Həmçinin “Xəzər Xəbər” başqa bir başlıqda “İran öz müttəfiqi və dostu Ermənistanı satdı” yazıb.

Əlbəttə, “İTV” kanalı və Azərtac xəbər agentliyi İran rəsmisinin səsini kəsmədən onun Tehrandakı səfirliyimizə silahlı hücumla bağlı açıqlamalarını əks etdirən videonu yayımlayanda tərcümə və çatdırılmadakı ikilik, məsələnin mahiyyətini ortaya qoydu və Əmirabdullahianın açıqlamalarının həqiqətləri üzə çıxdı və bu məsələ mediada söz-söhbətlərə səbəb oldu.

Əmirabdullahianın Bakıya səfəri və onun İlham Əliyevlə görüşü ilə bağlı hökumətin rəsmi mətbuatında ümumən başlıqları və işıqlandırılmasını araşdırmaq istəsək, görərik ki, hökumət hələ də meydandakı faktları qəbul etməyə hazır deyil. Hələ də təhrif etməyə, senzuraya və povestlər yaratmağa çalışır. Tehrandakı səfirliyimizə hücumun terror aktı olduğunu xalqa inandırmağa çalışması, “İran rəsmisi üzr istəmək üçün Bakıya gəlib”, “İrandan keçən dəmir yolu xətti Zəngəzur kimi tanınan Turan dəhlizi ilə razılaşmaq deməkdir” və … kimi atdığı addımlar və yazılan başlıqlar bunun göstəricisidir.

Çatdırılması vacib olan məsələlərdən biri, hökumət sistemində mediaların heç bir şəkildə müstəqil olmamasıdır. Əslində medialardan hökumətin əsas silahı və sütunu kimi daxili məqsədləri həyata keçirmək üçün istifadə edilir və onlar hökumət siyasətlərinin əsas və real rəvayətçisi və elçisidir. Odur ki, nə qədər ki, ölkəmizdə anti-İran media siyasəti var və anti-İran verilişləri yayımlanır, bilinməlidir ki, hökumət rəsmiləri və məmurlarının sözləri daha çox siyasi xarakter daşıyır və münasibətlərin real yaxşılaşması üçün böyük bir fasilə var.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir