Əş-Şəbab Əl-Mücahidin hücumları artıb və Somalidə 30 hərbi baza nəzarətə götürülüb + FOTO və VİDEO

Şənbə 8 İyul 2023 - 06:04
https://az.iswnews.com/?p=24062

Əş-Şəbab Əl-Mücahidin terror qruplaşmasının sözçüsü Əli Mahmud Raci bu qruplaşmanın Somalidə hücumlarının 70% artdığını və 6 ay ərzində 30 hərbi bazanın ələ keçirildiyini açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Əş-Şəbab Əl-Mücahidin sözçüsü Əli Mahmud Raci Qurban bayramı günü, Rabi Bin Amer bazasında keçirilən təlim kursunun sonunda Əş-Şəbab Əl-Mücahidin üzvləri qarşısında çıxışı zamanı deyib: “Əş-Şəbab Əl-Mücahidin hücumları son dövrlərdə 70% artıb”. O, “Əş-Şəbab Əl-Mücahidin”in son həftələrdə və aylarda həyata keçirdiyi müxtəlif hücumları müzakirə edərək, Somalinin cənubunda və mərkəzindəki Bolomereer, Masjavai, Moqadişu, Jalad, Bonergoud, Hilloli Gab və Jena Abdi və digər ərazilərdə düşməni məğlub etdiklərini söyləyib.

Raci əlavə edib: “Düşmənin hücumlarının intensivliyini artırdığı dövrdə mücahidlər də hücumlarını 70 faiz artırıblar və bu dövrdəki əməliyyatlarının miqdarı bütün əvvəlki dövrə bərabərdir. Onlar qəməri tarixi ilə 1444-cü ilin Cəmadi Əl-Əvvəldən Şəvval ayına qədər altı ay ərzində düşmənin 30 hərbi bazasını ələ keçirə bildilər”.

Raci bildirib ki, Əş-Şəbab Əl-Mücahidin ünsürləri kamikadze əməliyyatları həyata keçirmək üçün bir-biri ilə yarışır və cəbhələrdən birində 100 nəfər kamikadze əməliyyatı keçirməyi tələb edib. O əlavə edib: “Düşmənin nəzarəti altında olan bölgələrdə şəhadət (kamikadze) əməliyyatlarının miqdarı ən yüksək həddə çatıb. Çıxışının sonunda Raci Somali xalqından cihada qatılmalarını istəyib.

Qeyd edək ki, “Əş-Şəbab Əl-Mücahidin” ünsürləri son bir neçə gündə Keniyanın Lamu sahil bölgəsində Hindi bölgəsi yaxınlığında xristianların çoxluq təşkil etdiyi Bermuku kəndinə hücum edib.

Bu ünsürlər həmçinin Somalinin cənubundakı Aşağı Şabili əyalətinin Qarioli və Canali iki qəsəbəsində hökumətin dəstəklədiyi Uqanda qüvvələrinin və yerli qüvvələrin hərbi bazalarına hücum edib.

Əş-Şəbab Əl-Mücahidin, həmçinin Somali-Keniya sərhədindəki Dubeli şəhərinin kənarında yerləşən Deqalmo rayonunda hökumətin dəstəklədiyi yerli qüvvələrin hərbi postuna hücum edib.

Daha çox oxuyun: Somalidəki cərəyanlarla tanışlıq + XƏRİTƏ

Qurban bayramında Əş-Şəbab Əl-Mücahidin paradı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir