Qafqazda baş verən son hadisələr, 8 iyul 2023 + XƏRİTƏ

Şənbə 8 İyul 2023 - 05:28
https://az.iswnews.com/?p=24057

Son zamanlar Qafqaz bölgəsində baş verən hadisələrin icmalı

1- Mayın 24-də Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və ABŞ Dövlət Departamentinin baş məsləhətçisi “Luis Bono” Qafqaz sülh prosesi barədə müzakirə etdilər.

2- Mayın 26-da NATO baş katibinin Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Xavier Komolina İrəvandan Azərbaycana gəldi və dövlət rəsmiləri ilə görüşüb müzakirələr apardı.

3- Mayın 26-da İlham Əliyev Nikol Paşinyan və Vladimir Putinlə üçtərəfli görüş üçün Rusiyanın paytaxtı Moskvaya səfər etdi.

4- Mayın 27-də Azərbaycan Respublikasının Mərkəzi Bankı İran Milli Bankının Bakıdakı filialının fəaliyyətini məhdudlaşdıraraq, bank hesablarının açılmasını, kreditlərin verilməsini, pul köçürmələrini və digər halları qadağan etdi. Beləliklə hesab sahibləri yalnız bu filialdan pul çıxara bilərlər.

5- Mayın 27-də həbs edilmiş bir qrup dindar məhbusun ailəsi Bakıda prezident aparatı qarşısına toplaşaraq onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etdilər.

6- Mayın 30-da Britaniya baş nazirinin iqtisadiyyat üzrə nümayəndəsi Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəldi və Azərbaycan Prezidenti və iqtisadi üzrə dövlət rəsmiləri ilə görüşüb məsləhətləşdi.

7- Mayın 31-də sionist rejim başçısı İshaq Hersoq Bakıya gəldi.

8- İyunun 1-də İlham Əliyev Avropa Şurasının iclasında iştirak etmək üçün Moldovaya səfər etdi. İclasda Avropa Şurasının sədri Mişel, Almaniyanın baş naziri Şults, Fransa Prezidenti Makron, Ermənistanın baş naziri Paşinyan və Azərbaycan Prezidenti Əliyev iştirak etdilər. İclas beştərəfli keçirilərək müxtəlif mövzular əsasında müzakirələr aparıldı. Əliyev həmçinin Ukrayna Prezidenti Zelenski ilə də ikitərəfli görüş keçirdi.

9- İyunun 2-də İranın Bakıdakı Mədəniyyət Mərkəzinin sədri arzuolunmaz ünsür kimi Azərbaycan Respublikasından çıxarıldı və bu Mərkəzin ofisi də bağlandı.

10- İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etdilər.

11- İyunun 4-də dövlətə məxsus “Azal” və “Buta” aviaşirkətləri İrana uçuşları dayandırdı.

12- İyunun 6-da Bakıda Knessetin (İsrail Parlamenti) Xarici Əlaqələr Komitəsinin rəhbəri Yuli Edelşteyn və Knessetin deputatı Ram Ben Barak İlham Əliyevin müşaviri və Prezident Aparatının Xarici Əlaqələr Bölməsinin sədri Hikmət Hacıyevlə görüşdü.

13- İyunun 8-də Aİ-nin xüsusi nümayəndəsi Toyo Klara Bakıya səfər etdi.

14- İyunun 9-da Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramov və Hüseyn Əmirabdollahian arasında telefon danışığı oldu. Bu söhbətdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edildi.

15- İyunun 9-da Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri Moskvada Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin yenidən açılmasını müzakirə etdilər.

16- İyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimindən sonra ilk xarici səfərində Bakıya gəldi və onu Azərbaycan Prezidenti İlham Əliyev xüsusi qarşıladı.

17- İyunun 13-də İlham Əliyev Ərdoğanla birgə mətbuat konfransında “Zəngəzur Dəhlizi”nin tezliklə açılacağını bildirdi. Beləliklə Azərbaycan və Türkiyə 2023-cü ildə 16 birgə hərbi təlim planlaşdırıb, onlardan altısı keçirilib. Bakıda Zəngəzur dəhlizinin problemlərindən danışan Ərdoğan dedi: “Zəngəzur problemi Ermənistanın deyil, İranın problemidir”.

18- İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Bakıya gəlib və İlham Əliyevlə görüşdü.

19- İyunun 15-də Azərbaycan sərhədçilərinin Ermənistan ərazisinə keçidi və Həkəri çayı körpüsündə erməni sərhədçilərinin atəş açması səbəbindən Laçın dəhlizi bağlandı.

20- İyunun 16-da Bakıda Araz Çayının Hüquqi Müstəvisi və çayın su ehtiyatının və tikilmiş bəndlərin və bəndlərdən hasil edilən enerjinin istismarı üzrə birgə komissiya keçirildi və bununla bağlı İran və Azərbaycan rəsmiləri arasında saziş imzalandı.

21- İyunun 17-də Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə iyunun 23-dən İran vətəndaşları üçün hava limanı vizalarının ləğv edildiyini açıqladı. İran vətəndaşları Azərbaycan Respublikasının vizasını almaq üçün konsulluğa və ya Asan Xidmət saytlarına müraciət etməlidirlər.

22- İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin əhalisi Anglo Asian Mining PLC şirkətinin tullantı sularının axıdılması üçün süni gölün yaradılmasına görə etiraz aksiyası keçirdi. Bu etiraz Bakının çevik polis qüvvələrinin hücumu ilə yatırıldı.

Qafqaz bölgəsində son hərbi vəziyyət – Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir